Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və AB-dən Ankaraya sanksiyalar gəlir... 

ABŞ-dan və AB-dən gələn iqtisadi sanksiyalar nəticəsində Türkiyə iqtisadiyyatının vəziyyəti necə ola bilər?..

İqtisadçı: Əgər Türkiyəyə qarşı ABŞ tərəfdən sanksiyalar qəbul olarsa, iqtisadi çətinliklər artacaqdır”.

“Türkiyə kimi nəhəng dövlətin çökməsində heç bir normal ölkə maraqlı olmaz, bu sanksiyalar qorxutma xarakteri daşıyır”.

Bu sözləri iqtisadçı İlham Əzizov həm ABŞ-dan, həm də AB-dən gələn iqtisadi sanksiyalar çərçivəsində Türkiyə iqtisadiyyatının vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri bu gün Lüksemburqda bir araya gəlib Türkiyəyə qarşı sanksiyaları müzakirə edəcəklər.

Fransanın Avropa İttifaqı ilə münasibətlərindən məsul naziri Ameli de Montaçlin bildirib ki, “Sülh Çeşməsi” hərəkatına görə Türkiyəyə qarşı sanksiyalar masadadır.

Qeyd edək ki, Fransa Türkiyənin terrorçulara qarşı hərbi əməliyyat keçirməsindən narahatdır. Buna görə də Avropa İttifaqını hərəkətə keçirmək istəyir. Almaniya, İtaliya və digər Avropa İttifaqı ölkələri də bu məsələ də Fransanı dəstəkləyirlər. “Sülh Çeşməsi” əməliyyatına görə Fransa, Norveç, Finlandiya ve Almanya daxil bəzi Avropa ölkələri Türkiyəyə silah satışına qadağa qoyublar.

Eyni zamanda ABŞ prezidenti Donald Trampda Türkiyəyə qarşı sərt sanksiyaların hazırlanmasının anonsunu verib. Yəni Suriyadakı əməliyyata görə, ABŞ senatorları da Türkiyə qarşı sanksiyalar hazırlayır. Bildirilir ki, bu istiqamətdə qanun layihəsi üzrərində həm demokrat, həm də respublikaçı senatorlar işləyirlər və tezliklə sənədin ictimaiyyətə təqdim eliləcəyi gözlənilir.

ABŞ-dan və AB-dən gələn iqtisadi sanksiyalar nəticəsində Türkiyə iqtisadiyyatının vəziyyəti necə ola bilər? Birja və lirə bu təzyiqlərin qarşısında nə qədər davam gətirə bilər, və yaxud əksinə, türk lirəsi sürətlə qiymət itirərək onsuz da zəif olan Türkiyə iqtisadiyyatını bataqlığa sürükləyə bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizova müzakirə edib.

İlham Əzizov: “Böyük dövlətlər Türkiyə kimi 80 milyonluq bazarı itirmək istəməzlər, bu reallıqdır. Zatən dünyada qlobal iqtisadi böhranın ayaq səsləri eşidilir”.

Türkiyənin böyük dövlət olduğunu və buna görə də çətinliklərin arxasından məharətlə çıxacağını proqnoz edən iqtisadçı PİA.az-a açıqlamasında bildirib ki, bir tərəfdən də digər qütb ölkələri, yəni ABŞ-la münasibəti isti olmayan ölkələr Türkiyəyə açıq iqtisadi dəstək verəcəklər:

“Türkiyə iqtisadiyyatı son illərin ən çətin vəziyyətini yaşayır. Lirə dəyər itirir, əsas iqtisadi sahə olan yüngül sənaye böhran içindədir. Bütün bunlarla yanaşı üstəlik aparılan hərbi əməliyyatlara sərf olunan vəsaitləri də gəlsək, vəziyyətin fotosu aydın olar.

Əlbəttə, əgər Türkiyəyə qarşı ABŞ tərəfdən sanksiyalar qəbul olarsa, iqtisadi çətinliklər artacaqdır. Amma böyük dövlətlər Türkiyə kimi 80 milyonluq bazarı itirmək istəməzlər, bu reallıqdır. Zatən dünyada qlobal iqtisadi böhranın ayaq səsləri eşidilir.

Hər halda Türkiyə böyük dövlətdir. Buna görə də çətinliklərin arxasından məharətlə çıxacaqdır. Bir tərəfdən də digər qütb ölkələri, yəni ABŞ-la münasibəti isti olmayan ölkələr Türkiyəyə açıq iqtisadi dəstək verəcəklər. Sanksiyalar ilkin dövrdə ağrılı olsa da, zamanla gücünü itirəcək.

Hesab edirəm ki, Türkiyə kimi nəhəng dövlətin çökməsində heç bir normal ölkə maraqlı olmaz, bu sanksiyalar qorxutma xarakteri daşıyır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar