Avro-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşan milli komandamız görüşə daha bir itki ilə çıxıb
PİA.az qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov topuq nahiyəsindən zədələnib. Bu səbəbdən onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Xatırladaq ki, Səlahət Ağayev və Mahir Emreli zədəli, Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov isə cəzalı olduqları üçün millimizə kömək edə bilmir.
pia.az