Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mübariz İbrahimovu təhqir edən arvadım deyil" - Azər Axşam  

Aktyor Azər Axşam sosial şəbəkədə təxribatla üzləşib

"Mübariz İbrahimovu təhqir edən arvadım deyil" - Azər Axşam

Belə ki, aktyorun həyat yoldaşı olduğunu bildirən Səbinə Şabanova adlı şəxs Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edib.

Aktyor Azər Axşam sosial şəbəkədə təxribatla üzləşib. Belə ki, aktyorun həyat yoldaşı olduğunu bildirən Səbinə Şabanova adlı şəxs Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edib. O daha sonra "Mənim ərimdən başqa Azərbaycanda kişi yoxdur. Ona xalq artisti adı veriləcək" deyə bildirib.

Onun sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub.

Yaşananlarla bağlı musavat.com-a danışan aktyor təxribatla üz-üzə qaldığını bildirib:

"Bu üçüncü dəfədir ki, təxribatla üzləşirəm. Sosial şəbəkədə naməlum adamlar profil açır, mənim və yoldaşımın adından nalayiq sözlər yazırlar. Polisə müraciət etmişəm. Profil bağlanır və həmin şəxsləri tapa bilmirlər. Mənim həyat yoldaşım heç kimi təhqir etməyib. O profil xanımıma aid deyil. Kim olduğunu bilmirəm. Hansı Azərbaycan xanımı öz kişilərini belə təhqir edər və ya qəhrəmanımıza dil uzadar? İnanmıram ki, o profili açan azərbaycanlıdır".

A. Axşam "Həmin şəxs sizdən qisas almaq istəyən birinci həyat yoldaşınız ola bilər? Çünki sosial şəbəkədə bu iddia da ortaya atıldı" sualına isə belə cavab verib: "Bilmirəm. Heç kimin babalını yumaq, günahını üzərimə almaq istəmirəm. Onun olduğuna inanmıram. Allah həmin profili açan şəxsin bəlasını versin. Məni dillərə saldı. İnsanlar bu cür təxribatlara inanmasınlar. Biz sənət adamıyıq, bizi başqa işlərə çəkməsinlər".

pia.az


Etiket: Azər Axşam

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar