Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avroparlament  “Rusiya dezinformasiyası” ilə mübarizəyə qalxdı

Qətnamə qəbul olunub...

«The Guardian» qəzetinin yazdığına görə, Avropa Parlamenti «Rusiya dezinformasiyası» ilə mübarizə üzrə yeni qətnamə qəbul edib. Təklif olunan tədbirlər sırasında «East StratCom» strukturuna və dövlət KİV-ə dəstəyin artırılmasına çağırış, «Fasebook»-un ünvanına tənqid, həm də Rusiyanın dezinformasiyasına qarşı durmaq üçün strtategiyanın yaradılması barədə Avropa dövlətlərinin hökumətlərinə təkliflər yer alıb.

Avroparlament bu qətnaməni Rusiya tərəfidən yayılan «həddindən artıq» təhlükəli dezinformasiyalara qarşı durmağı nəzərdə tutan tədbirlərin gücləndirilməsi məqsədilə qəbul edib.

Sənəddə həm də «East StratCom» strukturunun möhkəmləndirilməsinə çağırış yer alıb. Bu struktur təbliğatla mübarizə aparmaqla məşğul olur. Eyni zamanda, rəsmi dövlət KİV-lərinə böyük dəstək göstərilməsi nəzərdə tutulur.

Bununla yanaşı, nəşr xatırladır: «East StratCom»-un işini ona görə tənqid ediblər ki, bu qurum satirik və qeyri-ondinar məqalələri də uydurulmuş iddialar sırasına aid edir.

Məqalə müəllifi qeyd edir ki, Haycel Farac və onun «breksit partiyası» bu qətnamənin əleyhinə səs verib. Ancaq o, Avroparlamentdəki nəhəng Xalq partiyasının, liberalların və yaşılların sayəsində səsvermədən keçib.

Təşəbbüsün əleyhinə çıxdığı üçün Faracı elə öz həmvətənləri tənqid ediblər. O isə cavab olaraq qeyd edib ki, «Rusiyanın müdaxiləsi barədəki tarixçə əsassız təbliğatdır …

Qətnamə müəllifləri olan deputatlar «Feysbuk»u da tənqid ediblər ki, o, sızmaların qarşısının alınması barədə Avroparlamentin tələblərinə əməl etmir. Sənəddə o da qeyd olunur ki, deputatlar «Rusiyanın çox təhlükəli təbliğatından dərin narahatlıq keçirirlər».(azpolitika.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar