Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Leninin nəhəng abidəsini kimlər əridərək satıb?

Milyonlarla insanın qarşısında “Azadlıq” hayqırdığı heykəlin aqibəti...

1988-ci ilin soyuq noyabr günlərində milyonlarla azərbaycanlı 11 metrlik nəhəng heykəlin qarşısına yığışaraq onun adını çağırır, “Qarabağ” deyə hayqırırdılar.

El arasında “Domsovet” adlandırılan Hökumət Evinin əzəmətli divarları arasında qoyulmuş bu heykəl ədalətin və haqqın simvolu sayılırdı.

Həmin ilə qədər bu heykəl 30 ildən çox idi ki, orada dururdu. Onun irəliyə uzanmış qolunun altından bu illər ərzində kommunizmə inandırdığı, qırmızı bayraq daşıyan, rəqs edən və papaqlarını tribunada duran vəzifəli şəxslərə tərəf yelləyən sovet adamlarının şən kolonları çox keçmişdi.

Bu, sovet dövlətinin – SSRİ-nin yaradıcısı Vladimir İliç Leninin məşhur heykəli idi.

Leninin heykəli 1989-cu ildə ABŞ-ın populyar “Nyusuyik” jurnalının SSRİ-də demokratik hərəkat həsr etdiyi baş yazısının əsas fotosu olmuşdu. Həmin il sovet xalqı “ilin xalqı” elan edilmişdi. Onların içində azərbaycanlılar da vardı.

Azərbaycanın müstəqillik uğrunda mübarizəsi Leninin heykəli qoyulmuş və adını daşıyan meydandan başladı. Bu heykəl 20 yanvar şəhidlərinin qırmızı qərənfillərə qərq olmuş tabutlarının şahidi oldu.

Heykəllər həmişə ictimai qəzəbin ilk qurbanına çevrilir. Peydestallardan aşırılan dünənki liderlərin dağılıb yerə tökülmüş parçalarını xoşbəxt gələcək vəd edtdikləri xalqın özünə qarşı münasibətin barometri saymaq olar.

Leninin heykəli də bu taleyi yaşayıb.

Bu heykəlin müəllifi Azərbaycanın Xalq rəssamı Cəlal Qaryağdı olub.

1950-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyi yeni tikilmiş Hökumət Evinin qarşısında ucaldılacaq Leninin heykəli üçün müsabiqə elan edir. Bu müsabiqəni 35 yaşlı heykəltaraş Cəlal Qaryağdı qazanır. Hazırladığı 11 metrlik bürünc heykəl 1955-ci ildə ucaldılır.

36 ildən sonra Leninin heykəli yaratdığı sistemlə barəbər tarixin peydestaından aşırılır.

1990-cı ilin qanlı yanvar hadisələrindən sonra azərbaycanlılar bolşevizmin və rus-sovet imperiyasının simvolu olan Vladimir İliç Leninin heykəlinin Bakıdan götürülməsini tələb edirdilər. Lakin belə imkan yalnız 1991-ci ilin avqustunda, Moskvada SSRİ-ni saxlamağa yönəlmiş “QKÇP qiyamının” süqutundan sonra yarandı.

1991-ci il avqustun 27-də Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə şəhərin mərkəzi (Lenin adına) meydanında Sovet İttifaqının qurucusu Vladimir Leninin heykəli sökülür.

Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə meydana rəsmən “Azadlıq” adı verilir.

Heykəlin taleyi isə naməlum qalır. Amma onu qəzəbli kütlə aşırmayıb. Kreslo yiyələri kəmali-ədəblə yerindən götürüb, maşına yükləyib aparıblar.

Sonradan bəlli olur ki, bu sənətkar əməyi olan heykəllər əridilib və satılıb. Azərbaycanın əməkdar memarı Rəna Əfəndizadə 10 il əvvəl verdiyi açıqlamada bunu təəssüflə açıqlamışdı.

O dövrün siyasi –ideoloji boşluğunun yaratdığı vakkum öz əsas siqnalını verib: Vəzifəli işbazlar Leninin, Kirovun, digərlərinin nəhəng heykəllərini səliqə ilə doğrayıb, əridib satıblar.

Azərbaycanda sovet dövrünün heykəlləri demək olar ki, saxlanılmayıb. Halbuki, onlar üçün bir xatirə parkı düzəldib heykəlləri ora yığmaq, gənc nəslə siyasi tarixin bir parçası olmuş bu heykələr barədə danışmaq olardı.

Bu park keçmişə bir ayna, gələcək üçün ibrətə çevrilə bilərdi. (Azpost.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar