Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı gənc dünya səviyyəli musiqi yarışmasında birinci oldu - Foto,Video

Musiqiçi Camal Əliyev dünya əhəmiyyətli musiqi yarışmasında birinci olub...

Oxu.Az xəbər verir ki, violonçel sənətçisi “Concert Artists Guild”də birincilik əldə edib.

London Royal College of Music”də magistr təhsilini davam etdirən Camal Əliyev oktyabrın 3-6-da Nyu-Yorkda təşkil olunan yarışmada tarixi uğura imza atıb.

O, bu mötəbər yarışmaya qatılan və qalib olan ikinci türk əsilli musiqiçidir. Ondan öncə bu uğuru yalnız dünya şöhrətli türk musiqiçi Fazıl Say qazana bilib.

Fazıl Say bu önəmli qələbə münasibətilə C.Əliyevi təbrik edib.

C.Əliyev yarışmada Fazıl Sayın “Dörd şəhər” sonatasını, Blokun qısa musiqi əsərlərini və Şopenin “Polonaise Brillante” əsərini səsləndirib.

İngiltərədə önəmli orkestrlərlə konsertlər verən gənc musiqiçi bu yarışdan sonra Şimali və Cənubi Amerika, Asiya qitələrində müxtəlif konsert proqramları ilə çıxış edəcək.

Qeyd edək ki, Camal Əliyev 199-cü ildə Bakıda doğulub. Beş yaşında babası Qara Əliyevdən violençel öyrənməyə başlayıb.

2017-ci ildə BBC Proms Festivalında ilk dəfə BBC orkesti ilə böyük səhnəyə çıxıb.

“Arts Club - Sir Karl Jenkins Musiqi Mükafatını qazandıqdan sonra pianoçu Anna Fedorova ilə “Russian Masters” adlı ilk CD-si yayımlanıb.

O, dünya şöhrətli bəstəkar Fazıl Sayla konsertlər verir. “Royal Festival Hall”de “Philharmonia” orkestri, “London Mozart Players”, BBC Scottish” simfonik orkestrləri ilə solo konsertlər verib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar