Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçibəy onlara “adam olun” deyərdi

Elçibəyin sabiq silahdaşı müxalifət liderlərini topa tutdu...

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin yaxın silahdaşı Cahandar Bayoğlu müxalifət liderlərini Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış Bulağı” (“Barış Pınarı”) hərbi əməliyyatını dəstəkləməməkdə ittiham edib.

Cahandar Bayoğlu həmin şəxsləri özünün “facebook” səhifəsində yazdığı statusda suçlayıb:
“Bu gün partiya sayılan Müsavat , AXCP, KXCP, XP kimi qrupların liderlərinin statuslarına göz gəzdirdim. Açığı deyim ki, bu adamlara yazığım gəldi. Özünü feminist sayan, milli dəyərləri tapdalayan birisini gündəmə gətirib bəyanatlar verən bu adamların heç birindən Türkiyənin “Barış Pınarı” hərbi hərəkatı ilə bağlı bir yazıya rast gəlmədim. Mirmahmud bəy və Pənah bəy Professor Firudin bəylə bağlı yazılar yayıblar. Bu yerdə Elçibəy onlara üzünü tutub deyərdi: “Adam olun, millətin haqlı mübarizəsinə tərəf tutun. Firudin bəy mənim haqqımı danır, olsun. Bu cəfəngiyyatlara zaman ayırıb, milləti unutmağı sizə deməmişdim”.

Arif Hacılı və İsa Qəmbər partiyanın qurultayı haqqında yazıb, Əli Kərimli isə piketlərdən.

Bəylər, siz dünyada gedən proseslərdən və millətin inkişaf dinamikasından çox geridəsiniz, qaçsanız da çata bilməyəcəksiniz.

Xalq biganə deyil, Azərbaycan Türkü Türkiyə ilə birlikdə, əsgəri ilə əl-ələdir”.(AzNews.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar