Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əgər Azərbaycanda hansısa qadının hüququ tapdalanıbsa...” – Hafiz Hacıyev etiraz etdi

Müasir Müsavat Partiyasının sədri: “Etikaya uyğun olmazdı ki, mən Sərdar bəyin fikrinin əksinə nə isə danışam”

Fuad Qəhrəmanlının qadına qarşı etmiş olduğu zorakılığa hamı şahid oldu”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ADP sədri Sərdar Cəlaloğlunun qalmaqallı fikirlər səsləndirdiyi qalmaqallı fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Fuad Qəhrəmanlı hadisəsindən sonra siyasətçilərin qadınlara qarşı yanlış münasibət bir daha təkrarlanıb. ADP sədri Sərdar Cəlaloğlunun “Azadlıq Radiosu”na verdiyi müsahibədə qadın hüquqlarından danışarkən qalmaqallı fikirlər səsləndirib. “Qadınla kişinin hüququ bərabərdisə, bəs niyə qızları əsgər aparmırlar?”, “Qadın ərə tabe olmalıdır... Bəs kəbin nə üçündür? kimi ifadələr işlədib.

Hərkəsə örnək olmalı olan bir partiya sədrinin qadınlar haqqında səsləndirdiyi bu fikirləri necə dəyərləndirmək olar? Bir partiya liderinin qadınlara bu şəkildə yanaşmasını qadınlara qarşı zorakılığın artmasına səbəb olurmu?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müzakirə edib.

Hafiz Hacıyev: “Azərbaycanda əgər hansısa qadının hüququ tapdalanıbsa, o da bu gün küçələrdə özünün xalqa sırımaq istəyən qüvvələr tərəfindən olunur”.

Azərbaycanda qadınların hüquqlarının hərtərəfli qorunduğunu düşünən partiya sədri PİA.az-a açıqlamasında bildirib ki, ölkəmizdə qadınlara qarşı heç bir zorakılıq halı yoxdur:

“Etikaya uyğun olmazdı ki, mən Sərdar bəyin fikrinin əksinə nə isə danışam. Sərdar Cəlaloğlu o cür fikirləşir və buna görə də elə müsahibə verib. Qadınlar bizim başımızın tacıdır. Bizim həmişə qadınları ən yüksək səviyyədə hörmətimiz olub və bundan sonra da olacaq. Azərbaycanda qadınların hüquqları hərtərəfli qorunur.

Azərbaycanda qadınlara qarşı heç bir zorakılıq halı yoxdur. Xalq Cəbhəsinin qadınlarla bağlı etikası hamıya məlum oldu. Yəni Fuad Qəhrəmanlının qadına qarşı etmiş olduğu zorakılığa hamı şahid oldu. İndi də istəyirlər ki, xalqa ağıl öyrətsinlər, xalqı idarə etsinlər. Amma bu mümkün olan məsələ deyil.

Hafiz Hacıyev: “İstəyirlər ki, xalqa ağıl öyrətsinlər, xalqı idarə etsinlər. Amma bu mümkün olan məsələ deyil”.

Əgər Azərbaycanda hansısa qadının hüququ tapdalanıbsa, o da bu gün küçələrdə özünün xalqa sırımaq istəyən qüvvələr tərəfindən olunur. Bu da qəti yolverilməz haldır. Çünki Azərbaycan dövləti də, hökuməti də həmişə yüksək səviyyədə qadınlara hüquq verib.

Bildiyimiz kimi bir çox qadınlarımız parlamentdə təmsil olunurlar. Həmçinin nazir müavinləri və başqa vəzifələrdə işlərəyən qadınlarımızın sayı çoxdur. Bu faktı da danmaq olmaz”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar