Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Moodys" Azərbaycanın maliyyə sektorundakı islahatları müsbət qiymətləndirib

“Moodys” reytinq agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit Ba2 səviyyəsində təsdiqləyib...

Agentlikdən verilən məlumata görə, hesabatda qeyd edilir ki, maliyyə sektorundakı islahatlar əhali kütləsinin borc risklərini azaltmaq və kredit verilməsinin bərpasına yönəlib.

“Böyük həcmli xarici aktivlər üzrə xalis kreditor statusu və neft-qaz gəlirlərinin effektiv surətdə digər sektorlara yönəldilməsi hesabına daxili siyasi sabitliyin təmin olunması “Moody’s” reytinq agentliyi tərəfindən ölkənin kredit etibarlığının səciyyələndirən güclü tərəflər kimi qeyd edilmişdir”, - deyə hesabatda bildirilib.

Həmçinin hesabatda qeyd edilib ki, fiskal və maliyyə sektorunda aparılan islahatlar Azərbaycanın suveren kredit etibarlığını zərbələrə, elastikliklərə davamlılığını artıra, həmçinin hökumətin borc yükünü və bank sistemi riskini aşağı sala bilər.

“Moody’s” agentliyi ölkənin maliyyə sektorunda kreditlərin artmasını müsbət trend kimi qeyd etmişdir. Agentliyin qiymətləndirməsinə əsasən fiziki şəxs və müəssisələrə kreditlərin verilməsi 2018-ci ilin dekabrından artmaqdadır.

Qeyd edək ki, “Moody’s” reytinq agentliyi Azərbaycanın maliyyə sektorunda aparılan islahatlar barədə mütəmadi olaraq qiymətləndirmə aparır və agentliyin daha əvvəl açıqladığı hesabatında hökumətin problemli kreditlərin həlli istiqamətində təşəbbüsü yüksək qiymətləndirilmişdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar