Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəz Məlikov həbs olunarsa nələr ortaya çıxacaq?

Gömrükdə ciddi monopoliya yaradan və uzun illər milyonlar qazanan “Broker MMC”-nin rəhbəri, gömrük polkovniki Əbülfəz Məlikov həbs oluna bilər...

Son günlər monopolistin özünün və ailə üzvlərinin adına olan biznes məkanlarının siyahısının yayılması polkovnik barədə yenidən araşdırmaların aparılmasnı gündəmə gətirib.
Redaksiyamıza daxil olan eksklüziv məlumata görə, Əbülfəz Məlikov bərk narahatdır və yenə də sudan quru çıxmağa çalışır. Bu dəfə də ona yenə ən yaxın dostu, həmişə dəstəyinə çatan Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də kömək edə bilməyəcək. Çünki, Səfər Mehdyevin də vəziyyəti bulanıqdır.

Redaksiyamıza daxil olan məlumata görə, Əbülfəz Məlikov indi daha çox narahatdır və bu dəfə onun barəsindəki araşdırmalar qısa zamanda bitə bilər. İllər əvvəl mƏtbuatın yazdığına görə, başına torba salınaraq MTN-ə aparılan, Eldar Mahmudovun əlindən milyonlar verərək qurtulan Əbülfəz Məlikov bu dəfə çətin ki, canını qurtara bilə.

Məlumata görə, araşdırmaları eyni zamanda bir neçə qurumda aparılır və Məlikovun bütün fəaliyyəti araşdırılır.

Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevi Gömrükdən “silən”, əlini çörəyə çatdıran və çiynindən yapışaraq uçrumlardan çıxaran FHN şefi Kəmaləddin Heydərova qahmar çıxan, dövlətin Gömrük sistemini bu günə kimi zəlil günə salan Əbülfəz Məlikov dönəmi bitmişdir” deyən mənbə əlavə edib ki, onun Gürcüstanın rəsmi şəxsləri olə olan “özəl biznesi”ndən tutmuş, Riqadakı əmlakları, Mərdəkandakı villa bağları, Xətai rayonundakı göydələnləri, həmçinin “Broker” MMC-nin guruldayan zamanlarında ölkə sərhədlərini bəyannaməsiz keçmiş “əşyalar (?)” və ən əsası “İstabul əməliyyatı (?)” və diğər fəaliyyəti araşdırılır.

Həmçinin Əbülfəz Məlikovun Gömrük Komitəsi sədri, dostunun FHN şefi olması üçün aylar əvvəl apardığı görüşlər, verdiyi sözlər və qarşılığında götürdüyü öhdəliklər də araşdırma mövzuları sırasındadır.

Redaksiyamıza daxil olan məlumata görə, Məlikovun bu dəfə bərk narahatlığının əsas səbəbi həm də “böyük bizneslə” məşğul olan “ağsaqqal”ların ondan üz çevirməsidir. Bir sözlə, Əbülfəz Məlikov erası bitmək üzrədir…(Bizimxeber.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar