Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putinin reklamı fontan vurur”- Azər Rəşidoğlundan İlham Rəhimova və mətbuata qınaq

“Köləcəsinə yad ölkələrin rəhbərlərinə yaltaqlanmayaq!”

Siyasi şərhçi, tanınmış jurnalist Azər Rəşidoğlu facebook səhvəsində İlham Rəhimovun mətbuatımızda yayımlanan müsahibəsi haqqında status yazıb.

PİA.az həmin statusu olduğu kimi təqdim edir:

“Bir qədər uzun olsa da, oxumağınız məsləhətdir!

Azərbaycanın prezidenti İlham Əliyevdir. Onun siyasətini təbliğ və yaxud tənqid edə bilərik. Lakin dövlətin başçısı odur. Heç bir qonşu ölkənin, nə Rusiyanın, nə İranın, nə ABŞ-ın rəhbəri mənim üçün önəmli deyil. Artıq yad ölkənin prezidentinə "Mənim prezidentim" müraciəti olur.

Əgər söhbət Azərbaycanın qanlı və qaranlıq taleyi ilə bağlı olan böyük ölkənin, müstəqillimizə təhdid olan bir ölkənin prezidentindən gedirsə, bu artıq təhlükəsizlik məsələsinə çevrilir. Bir qədər öncə sosial şəbəkədə Putini tənqid etdiyimə görə əməkdaşlıq etdiyim (köşələrim dərc edilirdi) saytın rəhbəri açıq bəyan etdi - Putini tənqid edən biri, bu saytdan qonorar almayacaq və sizinlə əməkdaşlığa son qoyuruq. Ona dedim ki, mən öz prezidentimi, İlham Əliyevi də tənqid edirəm, buna görə heç kəs məni təhdid etmir, biz müstəqil ölkəyik, qonşu ölkənin prezidentiini tənqid etdiyim üçün məni işdən qovacaqsınız? Cavabı unikal oldu - Öz prezidentin haqqında nə istəyirsən yaz. Amma cənab Putin barəsində heç nə yazma! O sayt ilə əməkdaşlığımı dayandırmalı oldum.

Bunu niyə xatırladım. Hörmətli İlham Rəhimovun Putini bu dərəcədə reklam edən müsahibəsini əksər saytlar dərc edib. Putinin reklamı fontan vurur. Biri başı üzərindən Putinin portretini asır, digəri İran rəhbərinin, başqa biri Trampın, digəri Ərdoğanın. Azərbaycan müstəqil dövlətdir və nida işarəsi! Yapmayın belə. Qonşu ölkə nə qədər böyük olsa da, Azərbaycan mənim üçün daha böyükdür. Pafoslu səslənsə də, deyəcəm - yaşasın Azərbaycan! Xilasımız öz əlimizdədir. Böyük xalqıq. Köləcəsinə yad ölkələrin rəhbərlərinə yaltaqlanmayaq!”.

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar