Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yenidən gündəmə gələn Keşikçidağ məsələsi - Müzakirə olunası nələrsə varmı?..

Gürcü baş nazir Keşikçidağla bağlı “mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir”, deyərkən nəyi nəzədə tutur?..

Politoloq: “Baş nazirin prezident İlham Əliyevdən zəvvarların girişinə icazə alması heç də komplekslərlə bağlı güzəşt deyil”.

Qaxarianın mərhələli həll deməsi heç də bu ərazilərin Gürcüstana veriləcəyi mənasına gəlmir. Azərbaycan orada daimi dislokasiyalı hərbi birlik yaradıb. Bu, o deməkdir ki, Azərbaycan bu komplekslə bağlı məsələni bitmiş hesab edir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Gürcüstanın Baş naziri Georgi Qaxariyanın Keşikçidağ kompleksi brəsindəki son açıqlamanı PİA.az-a şərh edərkən qeyd edib.

Sabah David Qareci (Keşikçidağ) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq. Bu barədə Gürcüstanın Baş naziri Georgi Qaxariya hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Keşikçidağ məsələsi Azərbaycan Prezidenti İlham Əliyevlə ötən gün Bakıda keçirdiyi görüşdə müzakirə olunub:

“Təəssüflər olsun ki, Gürcüstan və Azərbaycan arasındakı sərhəddə razılaşdırılmamış sahələr var. Bu, bizim postsovet irsimizdir və problem 25 il ərzində həll olunmayıb”, - deyə hökumət başçısı vurğulayıb.

Baş nazir qeyd edib ki, Keşikçidağ məsələsində mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir.

Həmçinin G.Qaxariya Gürcüstan vətəndaşlarını Keşikçidağ məsələsi ilə bağlı hər bir addım və sözdə məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb: “Vətənə qarşı sevgi və vətənpərvərlik yalançı vətənpərvərlik ifadələri və düşünülməmiş addımlar demək deyil”.

Gürcü baş nazir “mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir”, deyərkən nəyi nəzədə tuta bilər və Keşikçidağ məsələsində müzakirə olunası nələrsə varmı?

Mözu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdəyə müraciət edib.

Məhəmməd Əsədullazdə: “Gürcüstanda müəyyən qruplar var ki, onlar bunu süni şəkildə qızışdırmaqla ErmənistanRusiyanın maraqlarına oynayırlar. Bununla Azərbaycana təsir etmək istəyirlər”.

Gürcü millətçilər tərəfindən süni şəkildə qızışdırlan Keşikçidağ məbəd məsələsi ətrafında spekulyasiyanın mütləq həll ediləcəyinə inanan politoloq xatırladıb ki, Gürcüstanın baş naziri G.Qaxarianın ölkəmizə səfərində gürcü ziyarətçilərin ora keçişinə icazə verilməsi məsələsi həll edildi. Azərbaycan heç vaxt bu kompleks barədə problemlər yatarmayıb:

“Gürcüstan Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Hər iki ölkə arasında demək olar ki, ciddi problemlər yoxdur. Əsasən gürcü millətçilər tərəfindən süni şəkildə qızışdırlan Keşikçidağ məbəd məsələsi ətrafında spekulyasiya mütləq həll ediləcək. Gürcüstanın baş naziri G.Qaxarianın ölkəmizə səfərində gürcü ziyarətçilərin ora keçişinə icazə verilməsi məsələsi həll edildi. Azərbaycan heç vaxt bu kompleks barədə problemlər yatarmayıb.

Hesab edirəm ki, Qaxarianın mərhələli həll deməsi heç də bu ərazilərin Gürcüstana veriləcəyi mənasına gəlmir. Azərbaycan orada daimi dislokasiyalı hərbi birlik yaradıb. Bu, o deməkdir ki, Azərbaycan bu komplekslə bağlı məsələni bitmiş hesab edir. Gürcüstanda müəyyən qruplar var ki, onlar bunu süni şəkildə qızışdırmaqla ErmənistanRusiyanın maraqlarına oynayırlar. Bununla Azərbaycana təsir etmək istəyirlər.

Məhəmməd Əsədullazdə: “Rəsmi Bakı sərhədləri demarkasiya və delimitasiyası ilə bağlı birgə komissiyanın işində də bu məsləyə o şərtlə baxır ki, kompleks Azərbaycanın tərkibində qalacaq”.

Təəssüf ki, bu xora gürcü hakmiyyəti də zamanla qoşulur. Regionda elə bir gərgin situasiya var ki, iki ölkənin arasında baş verən hər hansı bir inciklik milli maraqlara zərbə vurur. Məhz iki ölkə siyasi-iqtisadi şəkildə bu qədər yaxın ölkədir. Gürcüstan baş nazirinin səfəri əsasən iki dövlət arasında əlaqələrin daha da inkişafına həsr edilib.

Gürcü baş nazirin prezident İlham Əliyevdən zəvvarların girişinə icazə alması heç də komplekslərlə bağlı güzəşt deyil. Rəsmi Bakı sərhədləri demarkasiya və delimitasiyası ilə bağlı birgə komissiyanın işində də bu məsləyə o şərtlə baxır ki, kompleks Azərbaycanın tərkibində qalacaq. Rəsmi Tiflisin istəkləri illüziyadır və mümkün deyil”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar