Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təhsil krediti maliyyə krediti deyil” - Ağacan Abıyev

Problemin 2020-ci ildə həllini gözləmək olarmı və 2020-ci ilin büdcə layihəsində bu sahəyə vəsait ayrılıbmı?

Ağacan Abiyev: “Milli Məclisin Elm və təhsil komitəsində tələbələrə təhsil kreditinin verilməsi məsələsi müzakirə edilməyib”.

Tələbələrə təhsil kreditinin verilməsi problem olaraq qalmaqdadır. Ötən aylarda təhsil naziri Ceyhun Bayramov açıqlama vermişdi ki, 2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək. Təhsil Nazirliyi bu sahəyə aidiyyəti olan qurumlarla birlikdə intensiv hazırlıq işləri görüb və işlər bu gün də davam etdirilir.

Həmçinin təhsil naziri Ceyhun Bayramov bildirmişdi ki, tələbə krediti məsələsi üzrə yaradılan işçi qrup aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə fasiləsiz iş aparır: “Ümid edirəm ki, yekun layihə yaxın zamanda hökumətə təqdim ediləcək”, deyə nazir bildirmişdi.

O da məlumdur ki, ölkəmizdə “Maarifçi” Tələbə Kredit Fondu tələbələrə belə bir imkan təklif edir, amma geniş tələbə kütləsi bundan istifadə edə bilmir və ödənişli təhsil alan tələbələrin böyük qismi hazırda təhsil pullarını verə bilmir, ya da böyük sıxıntı çəkirlər. Bu problemin 2020-ci ildə həllini gözləmək olarmı və 2020-ci ilin büdcə layihəsində bu sahəyə vəsait ayrılıbmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ağacan Abıyevə mürciət edib.

Ağacan Abıyev: “Ödənişli ixtisaslarda ödənilən pul dövlət rüsumudur (?) və tələbə də oxumalı, pulunu da ödəməlidir”.

Təhsil krediti deyən kimi hamının ağlına pulun gəldiyini vurğulayan millət vəkili PİA.az-a açıqlamasında bildirib ki, təhsil krediti deyərkən tələbələrə pul verilməsindən söz getmir. Burada elmin, biliyin kreditindən söhbət gedir. Ödənişli təhsil də kredit deyil:

Milli Məclisin Elm və təhsil komitəsində tələbələrə təhsil kreditinin verilməsi məsələsi müzakirə edilməyib. Bir məsələyə aydınlıq gətirim ki, çox insanlar kredit problemini yalnış başa düşürlər. Bildiyimiz kimi iki cür kredit var. Biri var maliyyə krediti, biri də var təhsil krediti. Təhsil sistemində maliyyə kreditinin heç bir əlqəsi yoxdur. Təhsil krediti və maliyyə kreditləri fərqli anlayışlardır. Çünki müəllim biliyini tələbəyə kredit kimi, yəni borc kimi verir. Tələbə də o borcu imtahanda müəllimə qaytarmalıdır.

Təhsil krediti deyən kimi hamının ağlına pul gəlir. Təhsil krediti deyərkən tələbələrə pul verilməsindən söz getmir. Burada elmin, biliyin kreditindən söhbət gedir. Ödənişli təhsil də kredit deyil. Məgər tələbə universitetə girəndə kimdənsə borc alıb ki, indi də borcun qaytarsın? Ödənişli ixtisaslarda ödənilən pul dövlət rüsumudur (?) və tələbə də oxumalı, pulunu da ödəməlidir.

Ağacan Abıyev: “Məgər tələbə universitetə girəndə kimdənsə borc alıb ki, indi də borcun qaytarsın?”.

Azərbaycan kredit sistemini xaricdən götürüb. Kredit sistemi də belədir ki, sən müəllimə olan borcu yaxşı qaytarsan 10 bal, normal qaytarsan isə 8 bal alırsan. Lap aşağı bal toplayanda isə kreditə qalırsan. Buna görə də deyirəm ki, təhsil krediti tamam başqadır. Hələ görünməyib ki, ali məktəb tələbələrinə kredit versin ki, onlar oxusunlar. Ən inkişaf etmiş ölkələrdə də belə bir məsələ yoxdur.

Düzdür dövlət bəzi tələbələrə kömək edir, elə tələbələr də var ki, onlara ailə vəziyyətinə görə dövlət köməklik edir. Amma bir daha qeyd edim ki, bunun təhsil krediti ilə bağlılığı yoxdur”.

Qeyd edək ki, Milli Məslisin Elm və Təhsil komitəsinin üzvü və uzun illər boyu rektor vəzifəsində çalışan Ağacan Abıyevin bizə verdiyi açıqlamadan belə görünür ki, deputatın ümumiyyətlə təhsil krediti haqqında məlumatı yoxdur.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar