Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcü katolikosu və fəalları Azərbaycana “Xristian cihadı” elan edir?

Politoloq: “Keşikçidağ qərarı”nı yalnız rəsmi Bakı qəbul edəcək”...

Yuri Foks

Nezavisimaya gazeta, 09.10.2019

Azərbaycan Gürcüstanın yeni baş naziri Qiorqi Qahariyanın rəsmi səfər etdiyi ilk dövlətdir. Bu sayaq görüşlər, adətən, qonşu başçılarla şəxsi tanışlığa xidmət edir. Lakin Gürcüstan baş nazirinin vəzifəsi çətindir – Gürcüstanın katolikos-patriarxı II İliya orta əsrlər “David Qareci” (Keşikçidağ-tərc.) monastır kompleksi ətrafındakı durumu tənzimləmək xahişi ilə ona müraciət edib. Tatrixi abidə növbəti dəfə Azərbaycan-Gürcüstan münasibətlərinin kəskinləşmə səbəbinə çevrilir.

Azərbaycan tərəfi Gürcüstan tərəfinin narazılığına qarşı “David Qareci”nin ərazisində yeni sərhəd-buraxılış məntəqələri açıb, nəticədə Gürcüstanın ruhani şəxsləri və zəvvarlar iki monastıra – orta sər kompleksinə daxil Udabno və Çiçxitura çıxışdan məhrum olublar. II İliyanın Qahariyanın Bakı səfəri ərəfəsində elan edilmiş məktubunda deyilir ki, Azərbaycan tərəfi 1938 və 1996-cı illər sazişlərindən uzaqlaşaraq “faktiki olaraq Udabno və Çiçxitura monastırlarını mənimsəyib”. Gürcüstanın pravoslav möminlərinin ruhsal lideri yada salır ki, bu uzlaşmalara əsasən, iki ölkə arasındakı sərhəd “1936-1938-ci illərdə Xalq Daxili İşlər Komissarlığı tərəfindən dərc olunmuş 1:200 000 miqyaslı xəritə üzrə keçməlidir ”. II İliyanın məktubunda vurğulanır ki, Udabno və Çiçxitura monastırları bu xəritələrdə Gürcüstan, məsələn, “David Qareci” kompleksinə daxil olan Bertuban monastırı isə Azərbaycan ərazisində qeydə alınıb.

“Buna görə də Azərbaycan tərəfinin hərəkəti bizə əsla aydın deyil… Belə çıxır ki, bir çox illərdə var olan gerçəklik indi heç bir məntiqə sığmadan dəyişilir. Biz bununla barışmarıq”, – deyə katolikos yazaraq tələbləri anladır: dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlər başa çatana qədər Gürcüstan tərəfdən Udabno və Çiçxitura monastırlarına maneəsiz getmək imkanı olsun deyə əvvəlki ardıcıllıq təmin olunmalıdır. II İliyanın məktubunda deyilir: “Razılaşdırmadan “David Qareci” ətrafındakı durumu dəyişmək yolverilməzdir – xüsusən də güc tədbirləri ilə… Düşünürəm ki, Gürcüstana dost Azərbaycan xalqı və hökuməti yaranmış durumu düzgün dəyərləndirər və ədalətli qərar alar”.

Lakin Qiorqi Qahariyanın üzərinə çox mürəkkəb missiya qoyulub. Bunun icrası bütünlükdə və yalnız Bakının xeyirxah iradəsindən asılıdır. Bu arada Azərbaycanın “Kaspi” nəşri Gürcüstan baş nazirinin səfərinə bir gün qalmış hadisələri qabaqlayaraq birinci səhifədə “David Qareci”yə, yaxud Azərbaycan qaydasınca “Keşikçidağ”a dair məqalə dərc edib. Onda deyilir ki, heç kimlə uzlaşdırmadan öz ərazisində sərhəd məntəqəsi açmaq hər bir dövlətin suveren hüququdur. Nəşr Qafqaz məsələləri üzrə məşhur gürcü eksperti Mamuki Areşidzenin məsələni sakitcə həll etməyin əvəzinə Azərbaycan tərəfinin özünü qeyri-konstruktiv apardığı haqda sözlərini göstərərək Qafqaz Albaniyasının mədəni irsi haqda 1990-cı illərdə yaranmış nəzəriyyə ilə yaraqlanmaqla politoloq Elçin Mirzəbəylinin açqılamasını verərək ona opponentlik edir.

“Kaspi” Mirzəbəylinin sözlərini göstərir: “Ölkəmizin ərazisində yerləşmiş tarixi abidələr, o cümlədən, xristian abidələri Azərbaycana məxsusdur və bu haqda qərarı ancaq rəsmi Bakı qəbul edir. Belə məsələlərdə ərazi amili üstün olur. Lakin fərziyyələr və gümanlar, milli və dini təsəvvürlər deyil… Çağdaş dünyada hüquqi məsələlərdə tarixi fərziyyələr deyil, de-yure ərazi və sərhədlər əsas götürülür. Qeyri-konstruktiv mövqeyə gəlincə, gürcülərin bu ölkənin bəzi siyasətçilərinin xeyirxah qoşuluqdan çiyrindirən lüzumsuz, hətta fitnəkar davranışını yada salmaları pis olmazdı”.

Bununla belə, “David Qareci” ətrafındakı hadisələr Gürcüstanın ictimai fəallarını yenidən “oyadıb”. Onların qeyri-formal liderləri bu ilin aprelində keçirilmiş aksiyalara bənzər yeni aksiyalar təşkil etməyə hazırlıqdan danışmağa başlayıblar. Onlar o zaman monastır kompleksi ərazisində Gürcüstan bayrağını ən yüksək nöqtələrdən birinə taxıblar, bir sıra başqa hərəkətlər isə Azərbaycan sərhədçilərilə, xoşbəxtlikdən, tezliklə yoluna qoyulmuş xırda insidentlərə səbəb olub.

Aydındır ki, hələ dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinin başa çatmağı haqda demirik, ora baş çəkməyin şərtləri haqda aydın saziş bağlanmaynca iki qonşu ölkənin münasibətlərini kəskinləşdirmək səbəbinə çevrilmək monastır kompleksinin qismətidir. Hüdudları təyin etmək üzrə birgə Azərbaycan-Gürcüstan komissiyası tərəfindən işlər bir neçə ildir aparılır və nəticəsiz, ləng xarakter alıb.(Tərcümə Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar