Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Nə üçün Elçibəyin və Vurğun Əyyubun yoxluğunda danışmağa başladın?”

"Rəhmətə gedənin arxasınca danışmaq, özü də yalan danışmaq hansı milli mənəvi dəyərin göstəricisidir?"...

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oktay Qasımov özünün Facebook səhifəsində bir yazı paylaşıb.

Həmin məqaləni təqdim edirik:

Keçmiş Təhsil Naziri Firudin Cəlilovun müsahibəsindən dostların zəngindən sonra xəbər tutdum. Gop, yalan,böhtanın sərhəddinin pozulduğu müsahibəni təəccüblə oxusam da, gözlənilməz deyildi. Çünki professor Cəlilov əvvəllər də verdiyi bəzi müsahibələrdə Əbülfəz bəyə qarşı etikaya uyğun olmayan formada qərəzini büruzə vermişdi. O zaman xəstəliyini nəzərə alıb cavab verilməmişdi. Amma indi elə iddialar səsləndirib ki, şahidi və iştirakçısı olduğumuz yaxın tarixi saxtalaşdırmasına dur demək zərurəti yarandı. Müsahibədə belə bir fikir var: "İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır". Adamdan soruşarlar, “nə üçün Elçibəyin və Vurğun Əyyubun sağlığında yox, onların yoxluğunda danışmağa başladın?” Rəhmətə gedənin arxasınca danışmaq, özü də yalan danışmaq hansı milli mənəvi dəyərin göstəricisidir? Professor cəmiyyətdən ona yönələcək suallara yəqin ki, aydınlıq gətirər. Ona qədər bəzi məsələlərə açıqlıq gətirməyin faydalı olacağını düşündük.

Əvvəla 1991-ci ilin avqustunda Elçibəyin təklifi ilə AXC tərəfindən Türkiyəyə göndərilən 50 tələbənin qəbul imtahanına rəhbərlik edən V.Əyyuba sənədlərin hazırlanması və texniki işlərdə AXC qərargahının ştatlı işçiləri kimi Ellada Məmmədli ilə kömək etmişik. Prosesin yüksək səviyyədə və şəffaflıqla həyata keçirilməsi Elçibəy tərəfindən yüksək qiymətləndirilib və sonradan V.Əyyubun TQDK-ya sədr təyin olunmasında əsas faktorlardan biri olub.

2. Bir universtitet müəllimi olan Elçibəy təhsil sahədəki problemləri yaxşı bilir, bu sistemindəki korrupsiya və rüşvətxorluğu aradan qaldırmağın yolunun test üsulunun tətbiqindən keçəcəyinə dərindən inanırdı. Misirdə işlədiyi vaxtdan bu barədə düşünmüş, sonrakı dövrlərdə Türkiyədən gələn təhsil mütəxəssisləri ilə bu mövzuda xeyli müzakirələr aparmış, Test üsulunun tətbiqi məsələsini Seçki platformasına daxil etmişdi. İdeyanın müəllifinin Elçibəy olduğunu çox sayda şahidlər təsdiqləyə bilər.

3. Elçibəylə F.Cəlilovun münasibətləri 1991-ci ilə qədər yaxın olsa da, o zaman Ali Sovetdə Latın əlifbasına keçidlə bağlı aparılan müzakirələr aralarında soyuqluq yaranmışdı. Belə ki, Elçibəy gələcəkdə yaranacaq vahid Türk əlifbası məsələsində onunla həmrəy olduğunu bildirən Firudun müəllimə aralarındakı razılaşmanın AS-dəki müzakirələrdə yeni əlifbada nəzərə alınmasını təklif etməyi tövsiyə edir. O, isə bu söhbəti mərhum İsmayıl Şıxlıya çatdıraraq prosesə mane olduğundan Elçibəy bunu ona sonadək bağışlamadı. Hakimiyyət dönəmində prezident tərəfindən qəbul edilməyən nazirin onun qapısını çırpıb getmək uydurması sadəcə gülüş doğurur və qeyri ciddidir. Firudun müəllimi Baş Nazirin müavini vəzifəsinə Elçibəy yox, Mütəllibov təyin edib və 18 may 1992-ci ildə Rəhim Hüseynov başda olmaqla Mütəllibovun 14 mayda təyin etdiyi bir çox şəxslərin təyinatı əldə edilən razılaşmaya görə AS-də təsdiq edilib. Elçibəyin Cəlilova soyuq münasibətinin nəticəsi və işindəki bəzi nöqsanlara görə Təhsil nazirliyi iki yerə ayrııb və digər hissəsinə mərhum Tofiq Haciyev rəhbər təyin edilib.

4. Firudin müəllimin yaddaşındakı problem ortada. Əvvəla TQDK Təhsil Nazirliyinə yox, birbaşa prezidentə tabe olduğundan bu qurumu onun yaratması fikri yumşaq desək, yalandır. Bu qurum Elçibəyin fərmanı ilə yaradılıb. Digər tərəfdən 2000 nəfər Türkiyəyə göndərilən tələbələr üçün ayrıca imtahan keçirilməsi fikri absurddur. Bütün tələbələr üçün imtahan bir dəfə keçirilib.

Firudun müəllimə xatırlatmaq istəyirəm ki, Prezidentin iradəsi, istəyi olmasa istənilən nazir ən gözəl ideyasını belə həyata keçirə bilməz. Bu həm də Firudun müəllimə aiddir. Digər tərəfdən cəmiyyətin gözü tərəzidir. Bunu da unutmaq lazım deyil.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Oktay Qasımov

loading...

Ən çox oxunanalar