Somalinin paytaxtı Moqadişo yaxınlığında partlayış baş verib...
Trend-in məlumatına görə, hadisə nəticəsində dörd nəfər həlak olub. Daha beş nəfər isə xəsarət alıb.
Qeyd olunur ki, partlayışın qurbanları minaların təmizlənməsi üzrə əməliyyatlardan qayıdan əsgərlər olub.
Partlayışla bağlı məsuliyyəti “Əş-Şəbab” radikal qruplaşması üzərinə götürüb.
pia.az