Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağdan Paşinyana yeni hədələr yağdı: “Sizi fiziki məhv edəcəyik...”

Dağlıq Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının” keçmiş katibi, general Vitali Balasanyan yenidən Ermənistan hakimiyyətinin ünvanına kəskin bəyanatlarla çıxış edib...

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Balasanyan Nikol Paşinyanı hakimiyyətə Qərbin “məlum mərkəzlərinin” gətirdiyini deyib. Onun sözlərinə görə, həmin mərkəzlər Paşinyanı idarə edir və onun nə etməli olduğu haqda göstərişlər verir.

Balasanyan habelə deyib ki, Nikol Paşinyan 2016-cı ildə Yerevanda post-patrul polisi alayının binasının “Sasna Tsrer” terrorçuları tərəfindən ələ keçirilməsindən sonra baş qaldıran etirazları idarə etməyə cəhd göstərib. O, Paşinyanın bu yaxınlarda “Sasna Tsrer” partiyasının liderləri Qaregin Çuqaszyanla və Jirayr Səfilyanla (“Şuşa” batalyonunun komandiri) baş nazirin iqamətgahında görüşünü “başqa cür düşünənlərə qarşı təzyiq cəhdi” adlandırıb.

“Nikol Paşinyan hamını, o cümlədən məni terrorizə etməyə çalışır. Demək istəyi ki, budur, baxın, mənim döyüşkən qanadım da var və bir barmağımın işarəsi ilə sizinlə fiziki haqq-hesab çəkərlər. Mən Paşinyana və “Sasna Tsrer”ə demək istəyirəm ki, ümumiyyətlə belə söhbətlərə girməsinlər, çünki buna görə cavab verəcəklər. Qorxaqlar Paşinyan və onun tərəfdarlarıdır...2016-cı ildə biz o terrorçuları bağışladıq, öldürmədik, amma indi bəyan edirəm ki, əgər mənə qarşı, xalqımıza, dövlətimizə qarşı nəsə təxribat həyata keçirməyə, terror hərəkətlərinə əl atmağa cəhd eləsələr hamısını fiziki olaraq məhv edəcəyik”,-Balasanyan LIVEnews.am nəşrinə müsahibəsində deyib.

O əlavə edib ki, Paşinyan və “Sasna Tsrer” bir terrorçu qrupun elementləridir və bütün dünya erməniləri onlara qarşı addım atmalıdır.

Balasanyanın müsahibəsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan özünün Facebook hesabında yazıb: “Vitali Balasanyan özünü xuliqan kimi aparır. Hər dəfə Serj Sərkisyanla Stepanakertdə (Xankəndi,-red.) qrup halında görüşəndən sonra Vitali Balasanyanda kəskinləşmə başlayır və bu da ağıldan kəmliyin əlamətidir. 2016-cı ildə öz siyasi karyerasını Serj Sərkisyanla bağlayan Balasanyan siyasi zibillikdə yerini tapacaq, necə ki, onun lideri hazırda oradadır”.

Balasanyan Dağlıq Qarabağda “prezidentliyə” iddiaçıdır və onun Paşinyanla münasibətləri əvvəldən gərgin idi. V.Balasanyan “Qarabağ qəhrəmanıdır” və Dağlıq Qarabağdakı bir sıra keçmiş səhra komandirləri arasında nüfuzu var, o cümlədən işğalçı qüvvələrin sıralarında təsir imkanlarına malikdir. Paşinyan isə Qarabağda öz adamını hakimiyyətə gətirmək istəyir, bu keçmiş “xarici işlər naziri” Mais Mailyandır.

pia.az


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar