Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hamı başa düşdü ki, etimadı doğrultmayanlar…”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ilə bağlı partiyanın mətbuat xidmətinə qısa müsahibə verib...

PİA.az həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, Baş Nazirin dəyişdirilməsinə münasibətinizi bilmək istərdik.

– Hər dəyişiklik bir ümiddir. Ona görə də kadrların yerlərinin dəyişdirilməsi və əvəz olunması mütəmadi olmalıdır. Məsələnin müsbət tərəfi həm də ondan ibarətdir ki, hər kəs başa düşdü ki, o, təşəbbüskar olub müsbət dəyişikliklərə yol aça bilməsə və etimadı doğrultmasa, işlədiyi müddətdən asılı olmayaraq, dəyişdirilə bilər.

Əli Əsədovun təyinatına gəldikdə isə, o, peşəkar iqtisadçı olması ilə yanaşı yaxından tanıyanlar tərəfindən işgüzar və müsbət bir insan kimi xarakterizə olunur. İlham Əliyev istisna olmaqla – o, çox qısa zaman kəsiyində baş nazir olub – müstəqillik illərində baş nazir təyin olunmuş insanlar arasında, düşünürəm ki, Əli Əsədov ən uğurlusu olacaq. Əli Əsədova müəyyən fəaliyyət azadlığı verilsə, o, qeyri-neft sektorunun inkişafına öz töhfəsini verə bilər. Amma mən ümumən Nazirlər Kabinetinin ləğv olunmasının tərəfdarıyam.

Qüdrət bəy, İstanbulda keçirilən və Sizin də qatıldığınız konfrans barədə nə deyə bilərsiniz?

– Konfrans NATO-nun 70, Sülh Naminə Tərəfdaşlıq proqramının 25 illiyinə həsr olunmuşdu. Mən də çıxış etdim. NATO üzvü olan dünyanın aparıcı ölkələrinin Azərbaycanın torpaqlarının işğalına, Xocalı soyqırımına, BMT TŞ-nin torpaqlarımızın qeyd-şərtsiz azad olunmasına dair qətnamələrinin icra olunmamasına dair ədalətsiz mövqelərini kəskin tənqid etdim, bunun erməni diasporasının Qərb siyasətçilərini ələ alması səbəbindən, həm də bizim müsəlman ölkəsi olmamızdan qanaqlandığını vurğuladım. Qərbin Azərbaycana bu münasibətinin onun təbliğ etdiyi dəyərlərə ölkəmizdə ciddi zərbə vurduğunu da söylədim. ATƏT-in Minsk Qrupunun münaqişəni həll etmək yox, onu dondurulmuş vəziyyətdə saxlamaq üçün fəaliyyət göstərdiyini qeyd etdim.

Doğrudur, buna etiraz edənlər də oldu, amma fakt faktlığında qalır. Bildirdim ki, Azərbaycan nə qədər güclü orduya sahib olsa da, Rusiya Azərbaycana təcəvüz edərsə, bizim müqavimət imkanlarımız məhduddur. Həm birinci Qarabağ savaşı zamanı işğala məruz qalan ölkə olsaq da, ABŞ-ın bizə sanksiya tətbiq etməsi, həm Krımın işğalı zamanı Ukraynanın ərazi bütövlüyünə qarant ölkələrin işğalı qorxaqcasına kənardan seyr etməsi bizi “kimsə bizə kömək edə bilər” kimi illüziyadan uzaq etmişdir. Rusiyadan çəkindiyimizdən və NATO-da bizi heç kimin gözləmədiyinə əmin olduğumuzdan, Gürcüstan və Ukraynadan fərqli olaraq, NATO-ya can atmırıq və Qoşulmayanlar Hərəkatına üzv olmuşuq. Hansı ki, təşkilatın növbəti zirvə toplantısı ayın sonunda Bakıda keçiriləcək və Azərbaycan 3 il müddətinə həmin təşkilata sədrlik edəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar