Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədov: “İsveçrə Azərbaycanla münasibətlərə böyük önəm verir”

Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye ilə görüşüb...

O.Əsədov deyib ki, Azərbaycan ilə İsveçrə arasında əlaqələr uzun illərə söykənən qarşılıqlı inam əsasında qurulub. İsveçrə Azərbaycan ilə münasibətlərə böyük önəm verir.

Oqtay Əsədov Jan-Rene Furniyenin Bakıya səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən birinin də İsveçrə olduğunu xatırladan Milli Məclisin sədri qarşılıqlı münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

O bildirib ki, 1992-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələr qurulub: "Bu əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük əhəmiyyəti var. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 680 milyon dollar həcmində olmuşdusa, bu il bu rəqəm 1 milyard 300 milyon dollardır. Ümumilikdə, Azərbaycan iqtisadiyyatına 268 milyard dollar həcmində investisiya qoyulub ki, bunun da 148 milyard dolları xarici sərmayədir. İsveçrə şirkətləri Azərbaycana 860 milyon dollar həcmində investisiya qoyub. Azərbaycan isə İsveçrəyə 2 milyard 700 milyon dollara yaxın yatırım edib. Çox şadıq ki, İsveçrə şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir".

Milli Məclisin sədri eyni zamanda Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan meqalayihələrə toxunub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan Oqtay Əsədov deyib ki, BMT-nin münaqişənin həlli ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan bu sənədlərə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir.

Jan-Rene Furniye İsveçrənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmasını heç də təsadüfi hal kimi dəyərləndirmədiyini qeyd edib. Belə ki, hər iki ölkə strateji baxımdan oxşar mövqelərə malikdir, böyük qonşularla əhatə olunub.

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Azərbaycan ilə əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

pia.az


Etiket: Oqtay Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar