Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif

“Böhtan və təhqir cinayət sayılırsa niyə də yaltaqlıq cinayət sayılmasın”...

Bunu tanınmış vəkil Adil İsmayılov sosial şəbəkədəki hesabında yazıb. O, təklif edib ki, bubunla bağlı cinayət məcəlləsinə maddə əlavə edilməlidir: “Bilirik ki, cinayət ictimai təhlükəli əməldir. Bu gün yaltaqlıq cəmiyyətin bəlasına çevrilib, onun cəmiyyət üçün yaratdığı təhlükə böhtan və təhqirdən qat-qat çoxdur.

Təklif edərdim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə YALTAQLIQ adlı maddə əlavə edilərək İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR fəslinə salınsın. Maddənin dispozisiyası təxminən belə ola bilər: “YALTAQLIQ, yəni tabelikdə olan şəxs tərəfindən rəhbərinin və ya seçmək hüququ olan şəxs tərəfindən seçkili vəzifə tutan şəxslərin öz vəzifə borclarının yerinə yetirilməsi ilə əlaqədar etdikləri işlərə görə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında tərifləməsi müəyyən müddətə azadlıqdan məhrum etmə ilə və ya cərimə ilə cəzalandırılır”. Təklifimin müsbət qarşılanacağı təqdirdə maddəni cilalamaq üçün kifayət qədər savadlı hüquqşünaslarımız var”.(yeni sabah)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar