Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankı: Dünya iqtisadiyyatının artımı 2021-ci ilə qədər sabitləşəcək

Dünya Bankı 2019-cu il üçün dünya iqtisadiyyatının artımına dair proqnozunu 2,6%-dən 2,5%-ə endirib...

"Report"un bankın məlumatına istinadən verdiyi xəbərə görə, 2019-cu ildə qlobal iqtisadi artımın zəifləməsi qeyri-müəyyən iqtisadi siyasət və qlobal investisiya və ticarət axınının azalması fonunda davam edib.

2019-cu ilin iyununda qlobal iqtisadi artımın bu il 2,6% - 2016-cı ildən bəri ən aşağı səviyyədə olacağını proqnozlaşdıran Dünya Bankı bir sıra risklərin ortaya çıxması, o cümlədən ən böyük iqtisadiyyatlar arasında ticarətdə gərginliyin yenidən başlaması ilə əlaqədar proqnozu bir qədər də aşağı salıb.

2020-ci ildə artımın 2,5% olacağı proqnozlaşdırılır və bu, iyun ayında dərc edilən proqnozdan 0,2 faiz bəndi azdır.

Dünya Bankının iqtisadçılarının fikrincə, iqtisadiyyatda heç bir böyük şok olmayacağı təqdirdə, habelə əvvəllər maliyyə bazarlarının təzyiqinə məruz qalan inkişaf etməkdə olan və inkişaf etmiş iqtisadiyyatların bərpası halında artım 2021-ci ilədək sabitləşəcək və 2,6%-ə çatacaq (daha əvvəl 2,8% olacağı gözlənilirdi).

"2019-cu ildə Avropa və Mərkəzi Asiyanın bazarları formalaşmaqda olan və iqtisadiyyatları inkişaf etməkdə olan ölkələrində artımın 1,8%-dək yavaşlayaraq (2018-ci ildə 3,2% olub) son dörd ildə ən aşağı səviyyəyə çatacağı gözlənilir. Eyni zamanda, 2020-2021-ci illərdə Türkiyə iqtisadiyyatının bərpası və Rusiyadakı vəziyyətin yaxşılaşması ilə artım tempinin yüksələcəyi proqnozlaşdırılır", - iqtisadçılar əlavə ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar