Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Məmmədova hansı vəzifə(lər) verilə bilər - iki mühüm post

Sabiq baş nazirin növbəti vəzifəsi nə olacaq...

Sabiq baş nazirin XİN-ə gətirilə biləcəyi ehtimalı haqda indi düşünmək sensasiya sayıla bilməz; onun BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin edilə biləcəyi də mümkün variantlardan biridir...

Baş nazir Novruz Məmmədovun gözlənilmədən istefa ərizəsi yazması və oktyabrın 8-də Milli Məclisin razılığı əsasında vəzifəsi ilə vidalaşması hələ bir müddət medianın diqqətində olacaq ki, bu da təbiidir. Əvvəla, N.Məmmədov “azömürlü” baş nazirlər sırasına daxil oldu və bunun səbəbləri haqda hələ yazılacaq. İkincisi, N.Məmmədov hakimiyyətə sadiq kadrlardan olduğu üçün komandadan kənarda qalacağı az ehtimal edilir.

Yada salaq ki, bir müddət əvvəl YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib ki, uzun illər Yeni Azərbaycan Partiyasının iqtidarında vəzifə tutmuş bütün keçmiş məmurlara münasibət onların vəzifədə olduğu dövrdəkindən fərqlənmir.

“Vəzifədə olarkən ciddi səhvlərə yol verdiyinə görə işdən kənarlaşdırılan və haqqında qanuna uyğun olaraq tədbirlər görülənlər istisna olunmaqla” deyən Əli Əhmədov daha sonra əlavə edib: “Məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi üçün əsas deyil və ola bilməz. İstefaya getmək onun cəzalandırılması deyil. Bizim hər birimiz nə vaxtsa istefaya gedəcəyik. Bunu normal yeniləşmə prosesi kimi qəbul etmək lazımdır və biz məhz belə edirik. İstefaya gedən və ya Milli Məclisə növbəti dəfə deputat seçilə bilməyən keçmiş millət vəkili yenə də bizim yanımızdadır, yenə prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasına öz imkanları çərçivəsində dəstək verir. Onların xidmətləri və zəhmətləri də unudulmur. İstefaya çıxdıqdan sonra da onların hamısı həmin dəyərlərə sədaqətini saxlayırlar. Onlar bizim əqidə dostlarımız, yol yoldaşlarımızdır. Onlar bu iqtidarın təəssübünü çəkən, qədrini bilən, hər addımda onu dəstəkləyən hörmətli insanlardır”.

Yada salaq ki, N.Məmmədov 12 aprel 1997-ci ildə sabiq prezident Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin görüşlərində fransız dili tərcüməçisi olub.

2002-ci ilin yanvarında ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib. 1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri olub.

Qeyd edək ki, onun ötən ilin aprelində baş nazir təyin edilməsindən sonra tutduğu post bir müddət boş qaldı. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev əvvəl Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdirinin müavini, ötən ilin sentyabrında isə müdir vəzifəsinə təyin olunub.

Rusiya mənbələri bildirib ki, sabiq baş nazir təqaüdə çıxması ilə əlaqədar istefa ərizəsi yazıb. Milli Məclisdə bu məsələ müzakirə edilərkən spiker Oqtay Əsədov deyib ki, gündəlikdəki birinci məsələ N.Məmmədovun vəzifəsindən azad edilməsi haqqında prezident İlham Əliyevə etdiyi müraciətə baxılmasıdır. Yəni N.Məmmədovun konkret yaş həddinə görə könüllü istefaya getməsi iddiası dəqiqləşməyib. Yəni bu detal xüsusilə ona görə diqqət çəkir ki, N.Məmmədovun bundan sonra hansı vəzifə tuta biləcəyi barədə ehtimallar irəli sürmək olsun. Yaş həddinə və ya səhhətinə görə adam işindən ayrılıbsa, təbii ki, ona yeni iş təklif olunması qəribə görünə bilər.

N.Məmmədovun son 23 ilik fəaliyyəti diplomatik post olduğundan ilk ağla gələn xarici işlər naziridir. Xarici işlər naziri Elmar Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil. Təcrübəli diplomat olan E.Məmmədyarov təəssüf ki, illərdir XİN-i “hücum diplomatiyası”na kökləyə bilməyib. Son illər “dqr”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda “dişsiz siyasətinin” nəticəsi hesab olunur. Azərbaycan iqtidarına Qərb dairələrindən ara-sıra artan hücumlarda da E.Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu olduğu deyilir.

Məlumatlı mənbələr iddia edir ki, 2004-cü ildən nazir işləyən Məmmədyarov istirahət arzusundadır. Bugünlərdə erməni mənbələri də E.Məmmədyarovun istefa verə biləcəyini iddia ediblər. Bu xəbərlərin fonunda N.Məmmədovun nazir ola biləcəyi versiyası ağıla gəlir. Qarabağ məsələsi ilə bağlı danışıqlarda ən məlumatlı adamlardan biri olan N.Məmmədovun nazir ola biləcəyi ehtimalı haqda indi düşünmək zənnimizcə, sensasiya sayıla bilməz. 72 yaşına baxmayaraq, N.Məmmədov iqtidar komandasında hələ də işləyə bilər. Onun BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin edilə biləcəyi də mümkün variantlardan biridir. Vikipediya məlumatlarında sabiq baş nazirin fransız, rus, ingilis və türk dillərini mükəmməl bildiyi yazılıb... (“Yeni Müsavat”)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar