Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Prezidenti: “Azərbaycanda şəhid ailələri və Qarabağ əlillərinə dövlət tərəfindən göstərilən qayğı doğrudan da bir örnəkdir"

"Minlərlə şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin edilib"...

“Şəhid ailələri üçün həm maddi təminat təşkil edilib, eyni zamanda, onlara mənzillər verilir. Minlərlə şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin edilib. Qarabağ döyüşlərində fiziki imkanlarını itirmiş soydaşlarımıza bu il 600 avtomobil, son illərdə isə minlərlə avtomobil verilib. Mən deyə bilərəm ki, Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət tərəfindən göstərilən qayğı doğrudan da bir örnəkdir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında sakinlərlə söhbəti zamanı bildirib.

Dövlət başçısı diqqətə çatdırıb ki, bütün dünyada gedən prosesləri izləyirik, görürük ki, müxtəlif ölkələrdə qaçqınlar böhranı yaşanır, o cümlədən Avropada və o qaçqınlar hansı vəziyyətdə yaşayırlar: “Onların bir çoxu dənizdə batır, bir çoxu isə elə bil ki, xüsusi qəfəs içində saxlanılır. Onlara qeyri-insani münasibət göstərilir, şəxsiyyəti alçaldılır və bir çoxları tamamilə yararsız yerlərdə yaşayır. Televizorda bunu görürük”.

Hələ 2003-cü ildə Prezident seçkiləri öncəsi qaçqın şəhərciklərini ləğv edəcəyi barədəki vədini xatırladan Azərbaycan Prezidenti vurğulayıb ki, o zamanlar dövlətin maddi imkanı zəif olsa da, bu problem həllini tapdı: “Mən 2003-cü ildə vəd etmişdim ki, prezident seçilərəmsə, ilk növbədə, qaçqın şəhərciklərini ləğv edəcəyəm. Çünki tamamilə bizə yaraşmayan bir mənzərə idi. Düzdür, o vaxta qədər bizim maddi imkanlarımız yox idi ki, bunu edək. Ona görə bunları biz 2007-ci ildə ləğv etdik, bir dənə də qalmadı. Ondan sonra keçdik yataqxanalara, məktəblərə, uyğunsuz binalarda yaşayan soydaşlarımızın problemlərinin həllinə. İndi hər il bu məqsədlə ancaq tikinti üçün yüz milyonlarla manat ayrılır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar