Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan - Azərbaycan matçını 15 minə yaxın uşaq izləyəcək

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər matçını stadionda 15 minə yaxın uşaq izləyəcək...

Macarıstan Futbol Federasiyası “Qroupama Arena”nı 14 yaşına çatmamış uşaqlarla doldurmaq üçün UEFA-nın intizam kodeksindən yararlanmaq qərarına gəlib.

UEFA daha öncə Macarıstan millisinə bir oyunluq cəza verib, buna baxmayaraq, 14 yaşdan kiçik uşaqlar qarşılaşmanı tribunadan izləyə bilər. Federasiya beş gün ərzində, təxminən, 15 minə yaxın müraciəti qeydiyyata alıb. Bu vəziyyətə görə stadionun qapıpıları daha erkən açılacaq.

Macarıstan yığması azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev matçı zamanı irqçi davranışlara yol verməsi səbəbindən sanksiya ilə üzləşib. Qərarə əsasən, sözügedən kollektiv növbəti ev oyununu azarkeşsiz keçirməli, milli federasiya isə 67,125 avro cərimə ödəməlidir.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçirəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 4 gün sonra Macarıstan kollektivinin qonağı olacaq.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar