Cümə axşamı, 06 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Killerlər və xüsusi xidmətlər azərbaycanlı “qanuni oğru”nun axtarır

Kriminal aləmdə “Lotu Quli”kimi tanınan məşhur “qanuni oğru” Nadir Səlifovun rəqibləri onu ya muzdlu qatillərin əli, ya da xüsusi xidmət orqanları əməkdaşlarının köməkliyi ilə aradan götürmək istəyirlər...

Bu barədə Rusiyanın nüfuzlu “Praym Kraym” nəşri məlumat yayıb.

Məlumata görə, N.Səlifov Qətərdə olduğu müddətdə “Badri Kutaisski”ləqəbli “qanuni oğru” Badri Koquaşvili (“Şakro Molodoy”un Moskva üzrə varisi) bir günlük gizlincə İstanbula gələrək kriminal avtoritetlərlə görüşüb. “Badri Kutaisski”nin görüşdüyü kriminal avtoritetlərin arasında Türkiyə mafiyasının əsas liderlərindən biri – Sedat Peker də olub.

“Şakro Molodoy”un nümayəndəsi “Badri Kutaisski” Sedat Pekerə müttəfiqlik təklif edib. Bunun əvəzində isə “Quli”nin aradan götürülməsini istəyib. Amma Sedet Pekerdən rədd cavabı alıb.

Mənbə “Badri Kutaisski”nin “Quli”nin aradan götürülməsini təkcə türk mafiozları ilə müzakirə etmədiyini də vurğulayıb.

İkinci variant N.Səlifovun Yunanıstandakı “oğru sxodkası”na dəvəti olunması və beynəlxalq axtarışda olan şəxs kimi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlıdır.

Mənbə iddia edir ki, artıq N.Səlifovun saxlanılmasına məsuliyyət daşıyan məşhurların adı da məlumdur. Bunlar - sərhəd mühafizəsi bölməsinin direktoru Aristidis S. və Yunanıstan İnterpolunun mütəşəkkil cinayətkarlıq üzrə qadın əməkdaşı Dimitra Karakostadır.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi - Video, Foto, Yenilənib

Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs bank işçisiymiş, keçmiş əri isə...

Azər Qəriboğlu: "Ayaqyoluna getmək üçün ayaqyolu.az saytında qeydiyatdan keçmək lazımdır?"

Bakıda qan donduran cinayət: Ata körpəsinin boğazını kəsdi, sonra intihar etdi

Nadir Qafarzadə: “Bezmişəm, axırda canıma qəsd edəcəm“

Rəfiqələrin yeni təhsil nazirinə sabotajı: Esmira Ağayeva 20 nömrəli məktəb-liseyə necə gəldi

Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ

Elnarə Xəlilovadan ittiham: "Həkimlər neçə xəstəni baxımsızlıqdan öldürüblər"

DSX-nın keçmiş rəis müavini Sücəddin Abdullayevin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib olub 

Vüsal Kərimli iki milyonluq tenderi öz şirkətinə verib?

loading...

Ən çox oxunanalar