Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN: Ölkədə yanğın statistikasında artım müşahidə olunur

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın hadisələrinin artması ilə bağlı məlumat yayıb...

FHN-dən verilən məlumatda qeyd edilir ki, yanğınların təhlili göstərir ki, açıq sahələrdə, zibil yığılmış ərazilərdə, qamışlıq və kol-kosda baş vermiş yanğınların statistikasında son zamanlar artım dinamikası müşahidə olunur.

Bəzi hallarda yanğının eyni ünvanda dövrü olaraq təkrarən qeydə alınmasını nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbinə görə, yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Sözügedən tələb icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə uyğun olaraq, "Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi"nə görə inzibati məsuliyyət nəzərdə tutulub.

Bildirilir ki, yuxarıda qeyd olunan səbəblərdən baş verən yanğın hadisələrinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunur, nəticədə bu işlərə əlavə güc sərf edilir, texnika aşınır, dövlət büdcəsindən külli miqdarda vəsaitin xərclənməsinə səbəb olur.

Yanğın nəzarəti funksiyasını həyata keçirən orqan olaraq mütəmadi olaraq tərəfimizdən yanğın təhlükəli sahələr müəyyən olunur və bu nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti üzrə rəsmi müraciətlər edilir. Hazırda respublikanın şəhər və rayonlarında yerli icra strukturları və bələdiyyələrin iştirakı ilə əvvəlcədən müəyyən edilmiş, təyinatı üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan quru kol-kos və s. ərazilərin təmizlənməsi, müvafiq yerlərə daşınması işləri həyata keçirilir.

pia.az


Etiket: FHN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar