Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin imperializminin manipulyasiyası: Uyğur türklərini nə gözləyir?

Amerika imperializmi ifadəsi illərlə solun populist sözlərindən bir olub. Hər problemi ABŞ və təmsil etdiyi düşüncəyə aid etmək asana qaçmaqdır. Lakin bəzi məsələlərdə haqlıdırlar...

Batuhan Çolak
“Yeniçağ” qəzeti, Türkiyə, 8 oktyabr 2019-cu il

ABŞ-ın imperialist siyasətlər apardığı doğrudur, lakin ABŞ iqtisadi sahədə artıq tək güc deyil. Çinin xüsusilə istehsal sahəsindəki uğuru get-gedə böyüyür. Çin artıq qlobal şirkətlərin ucuz işçi qüvvəsi istehsal etdiyi bir yer deyil. Öz markaları ilə dünya nəhənglərinə meydan oxuyurlar. “Xiaomi”, "Huawei” kimi texnologiya şirkətləri illərin “Apple”, “Samsung” kimi nəhənglərini sarsıdır.

Həmçinin, Çin avtomobil sahəsində də önəmli addımlar atıb. İqtisadi baxımdan daha da güclənirlər. Əhali sıxlığının iqtisadi göstəricilərlə dəstəklənməsi Çinin beynəlxalq arenada daha çox söz haqqına sahib olmasına yol açır.

Siyasi baxımdan da artıq fərqli bir qayğı güdürlər. Eynilə solun tənqid Amerika imperializmi kimi, Çin də öz mədəniyyətini yayır və Hollivud kimi reallığı yanlış şəkildə əks etdirir. Şərqi Türküstanda baş verənlər də bunun ən açıq örnəyidir.

“1984”, “Yeni Cəsur Dünya” kimi romanlarda yazıçıların möhtəşəm təxəyyülünün məhsulu olan hadisələr hal-hazırda Çində baş verir.

Yüz minlərlə insan “təhsil düşərgəsi” adı altında dövlətin nəzarət etdiyi düşərgələrə aparılırlar. İnternet yoxdur, kommunikasiya məhdud vəziyyətdədir və media da sıfırlanıb. Türkcə ad çəkmək, ibadət etmək qadağandır. Ramazan ayında oruc tutulmasına belə icazə vermirlər. Şərqi Türküstanı assimilyasiya etmək üçün hər şeyi edirlər. Beynəlxalq təzyiqlərdən qorxmasalar, eynilə Nasist Almaniyası kimi milyonlarla insanı öldürməkdən də çəkinməzlər.

Beynəlxalq azad quruluşlar və xəbər kanalları son dönəmlərdə Şərqi Türküstandakı insan hüquqları pozuntularına və düşərgələrə fokuslanmağa başlayıb. Hər nə qədər bir qismi İngiltərə və Amerika mərkəzli yayımlar olsa da, reallığı açıq şəkildə göstərirlər. Bölgəni görmüş uyğur türkləri ilə apardığım görüşlərdə ortaya çıxan xəbərlər hələ heç nədir.

Bir uyğur türkü uşaq kiminsə keyfinə görə düşərgəyə salınıb. Ailəsinin onunla əlaqə saxlamaq imkanı yoxdur. Yəni əsl həbs həyatı yaşayır. Nə zaman çıxacağı bəlli deyil, illərlə orada qala və ya ölə də bilər. Onsuz da çıxanlar da ölü kimi yaşayırlar. Bu, həqiqətən, böyük travmadır.

Keçən gün dron çəkilişi vasitəsilə düşərgə sakinlərinin hansı formada yaşadığına şahid olduq. Yüz minlərlə insanı toplama düşərgələrinə həbs etməkdən çəkinməyən Çin ölkənin imicini dəyişdirmək üçün önəmli bir qərar verib. Qərar qısaca belədir: “Çinin uyğur türklərinə etdiyi zülm dayandırılmalıdır. Bunun üçün də başda Türkiyə kimi ölkələrdə əməliyyatlar keçirmək lazımdır”.

Təbii ki, bu əməliyyatlar da başladılıb. Birdən-birə Türkiyədə Şərqi Türküstan barədə yalan xəbərlər yayılmağa başladı. Oradakı türklərin İŞİD sempatizanı və radikal olduqları qeyd edildi.

Halbuki İŞİD üzvləri Avropada belə var. O boyda Şərqi Türküstana bütünlüklə belə bir şey aid etmək mümkün deyil. Üstəlik, çox kiçik bir qrup orada bu fəaliyyətlərin içindədir.

Türkiyədə əvvəlcə “Aydınlık” komandası ilə əlaqə yaradıb. “Aydınlık”ın çıxardığı yalanlarla dolu Şərqi Türküstan dərgisi düşüncə manipulyasiyanın ən sonuncu örnəyidir. Lakin dərgi o qədər pis hazırlanmışdı ki, özləri belə yəqin ki, “biz kimlərlə işləyirik” deyə düşünürdü.

Çinin Türkiyədəki imicini düzəltmək üçün istifadə etdiyi başqa üsullar da var, xüsusilə, bələdiyyələr vasitəsilə.

Məsələn, keçmiş illərdəkindən fərqli olaraq, çinli nümayəndələr bələdiyyələrlə müqavilələr imzalamağa və “qardaş şəhər” əməliyyatına keçməyə başlayıblar.

Bu miqyasda İstanbulda metro stansiyasılarının adları bir gecədə çincə olmağa başlanıb. İngiliscə, ərəbcə xaosu bitməmiş, hətta Şərqi Türküstan probleminə rəğmən ortaya çincə də əlavə edilib.

Ankaranın simvolu olan “Atakule”yə “Çin Xalq Respublikasının 75-ci ildönümünü təbrik edirik” yazısı yazılıb, üstəlik çincə. Bunu ictimaiyyətə bildirən də Çin səfirliyi olub.

Beləliklə, beynəlxalq cəmiyyətə də bu mesajı verdilər: “Əgər biz türkləri düşərgələrdə qeyri-insani şəkildə saxlayırıqsa, Türkiyənin simvolik binalarından birində bizimlə bağlı niyə bu cür müsbət bir mesaj paylaşılıb?”

Çin dövlətinin çox önəm verdiyi “Huawei” şirkəti “Trabzonspor” klubunun ən böyük reklam müqaviləsinə imza ataraq 52 milyon lirəyə forma sponsoru olub.

İmperializm tam da budur: İqtisadi güclə cəmiyyətləri təzyiq altında tutub, qlobal təzyiq yaradan dövlət modeli. Sonra da bütün bunları heç etməmiş kimi davranmaq və manipulyasiya etmək. Çinin hal-hazırda etdiyi budur. Sonrakı günlərdə daha geniş layihələrlə yeni kampaniyalar imzalayacaqlar.

Çin səfirliyi “qardaş şəhər” olmaq üçün bir çox bələdiyyə ilə hələ də görüşür. Yəni sabah Çinlə bağlı bələdiyyə xəbərlərində, küçələrdə, türk siyasətində yeni “gözəlləmələr” eşitməyə hazır olun.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar