Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani

Husni Mahali

Al Mayadeen (Livan), 07.10.2019

Qaziantəp universitetinin Suriyanın Əzaz, əl-Bab və Afrin şəhərlərində filiallarının açıldığı haqda Türkiyənin bəyanatından sonrakı gün Türkiyənin Şanlıurfa şəhərində mətbuat konfransı olub və bu zaman “Milli Azadlıq Cəbhəsi”nin Suriya “Milli Ordusu” ilə birləşdiyi elan edilib.

Suriyanın müvəqqəti hökuməti” adlananın “müdafiə naziri” general-mayor Salim İdris və Suriya milli koalisiyasının başçısı Əbdurrəhman Mustafa mətbuat konfransına qatılıblar. Maraqlıdır ki, müxalif liderlərin arxasında da Türkiyənin və Suriya müxalifətinin bayraqları asılıb, elə bil, o, Türkiyənin rəsmi təmsilçisi idi.

Əbdurrəhman Mustafa bildirib: “Birləşmiş ordu Suriyanı mümkün hər cür sıxıntı, təriqətçilik və diktaturadan qurtarmaq üzrə səyləri davam etdirəcək. Biz suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq barış və təhlükəsizliyə nail olmaq istəyirik və Türkiyənin Fəratdan şərqdə terrorizmə qarşı mübarizəsini dəstəkləyəcəyik”.

Türkiyə mətbuatı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Türkiyə ordusunun Fəratdan şərqdə hərbi əməliyyat aparmağa hazır olduğu haqda bu günlərdəki bəyanatı fonunda iki ordunun birləşməyinə böyük önəm verir.

Ekspertlərin dəyərləndirdiyinə görə, Suriyanın şimalında fəaliyyət göstərən yaraqlılar yeni orduya birləşəndən sonra onun sayı 100 min nəfər təşkil edir. Onlar bir zamanlar ölkənin müxtəlif bölgələrindən – burada Türkiyə zabitləri onlara təlim keçib və silahlandırıb – Suriyanın şimalına keçirilib, onların türk ordusu ilə sıx əməkdaşlığı isə Türkiyə ordusunun 2016-cı ilin 24 avqustunda Cərablusa girdiyi andan başlanıb. Türkiyə ordusu və Suriya yaraqlılarının birgə gücləri 2018-ci ildə Afrinə girərək bu qayda ilə Cərablusdan Latakiya əyalətinin şimalına qədər 350 km-lik sərhədyanı zonaya tam nəzarət təşkil ediblər.

O vaxtdan bəri bütün şayiələr Ankaranın bu bölgəni “türkləşdirmək” səylərinə işarə edir. Türkiyə hərbi təşkilatların, təhlükəsizlik xidmətləri və kəşfiyyatın fəaliyyətini genişləndirmək; universitet, məscid, xəstəxana və məktəblər tikməklə məşğul olur, habelə elektrik və su verilməsini təmin edir. Xatay əyalətinin Ərdoğan tərəfindən təyin edilmiş valisi bütün bunlara nəzarət edir.

Türkiyə hökumətinin rəsmən dəyərləndirdiyinə görə, bölgədə yaşayan suriyalıların sayı İdlibdə və civarında yaşayan bir milyondan savayı iki milyona yaxındır.

Türkiyə hökuməti habelə suriyalı 500 min türkmanı və Türkiyə ərazisində yaşayan Suriya qaçqınlarını da unutmur. Onların Suriyada türkman xalqının hüquqları uğrunda vuruşan “Sultan Murad”, yaxud “Sultan Əbdülhəmid” kimi öz silahlı qruplaşmaları var.

Türkiyə KİV-ləri İdlibin sonrakı taleyi haqda Rusiya və Türkiyə arasında qeyri-rəsmi danışıqların davamı haqda yazmağı tərgitmir. Habelə tez-tez informasiya sayrışır ki, “Heyət Təhrir əş-Şam” qruplaşması çətin seçim qarşısında durur: özünü buraxmağı elan etmək və yeni orduya birləşmək, ya da bunu etməsə, türk ordusuna və Türkiyəyönlü qruplaşmalara qarşı savaş təhlükəsilə üzləşmək.

Beləliklə, hər şeyi zaman göstərər. Türkiyə ordusu Fəratdan şərqdə hərbi əməliyyata başlarsa, Ankara “Heyət Təhrir əş-Şam”a qarşı hərbi əməliyyata cəsarət etməz, çünki bunun üçün ona bütün silahlı qruplaşmalar lazım gələr. Şübhəsiz, işlərin belə durumu bu şərtlə ola bilər ki, Türkiyə ordusu bölgəyə soxularsa, “Suriya Demokratik Qüvvələri” ona qarşı çıxış etmək hədəsini yerinə yetirsin.

Bununla yanaşı nəzərə almaq gərəkdir ki, ya Türkiyəyə qarşı çıxış edəsi, ya da Türkiyə qoşunlarını Vaşinqtonun istədiyi kimi Suriyanı parçalamağa məcbur edəcək amerikalıların bölgədəki rolu sözügedən böhranlı durumun həllində mühüm rol oynayır.

Türkiyənin Fəratdan şərqdə hərbi əməliyyatı və 480 km uzunluqda və 30 km dərinlikdə “təhlükəsizlik zonası” yaratmaq həm ərəblərin, həm də kürdlərin yaşadıqları bölgədə durumu daha çox qəlizləşdirər. Habelə xatırlatmaq lazımdır ki, Ankara ona tabe islamçı qruplaşmaların yardımı ilə Türkiyə və Suriya kürdləri arasında “bufer zona” yaratmağa can atır. Belə bir bölgü 2016-cı ildə Fərat çayının qərb sahilini öz nəzarətinə götürəndə türk ordusuna “yaşıl işıq” yandıran Moskva ilə dialoqda Ankaraya kozır verərdi. Vaşinqtona bütün bunlar öz tərəfindən yetərli olardı ki, kürd və müxalif ərəb qruplaşmalarını Türkiyənin “təhlükəsizlik zonası”ndan cənubda birləşdirəydi. Amerikalılar İraqİranda durumu qarışdırmağa can atırlar ki, İranın kürd liderlərinin Suriya kürdlərinin özünümüdafiə güclərində (“Xalq Özünümüdafiə Dəstələri, YPG”) artan nüfuzuna mane olsunlar.

Bütün bu gerçəkliklər Dəməşqin onsuz da ağır durumunu ciddi dərinləşdirə bilər. Bundan başqa, İdlib üzrə rusların ucbatından təxirə salınan qəti qərar alınmayınca Ankara Suriyanın şimalında, Fəratın şərq və qərb sahillərində öz siyasətini davam etdirəcək.

Rusiya prezidenti Vladimir Putin Ərdoğana Suriyada öz nüfuz və siyasətini konsolidasiya etməkdə dəfələrlə imkan verib. Putinin son iltifatının bəlirtisi təkcə birbaşa Türkiyəyə tabe olmayan, həm də türk ordusunun ayrılmaz hissəsinə çevrilən “Milli Ordu”nun yaradılmağı olub.

Bu problemin həlli adi möcüzədən daha böyük şey tələb edir. Sonrakı strateji plan və layihələri hazırlamaq üçün zaman gərəkdir, çünki Ərdoğan Suriya böhranı meydana çıxan andan bəri onun birbaşa iştirakçısı olub.

Türkiyəni Suriya prosesindən uzaqlaşdırmaq prezident Putin tərəfindən hiyləgərlik tələb edir, amma onun elə də çox variantı yoxdur. О, Ərdoğanla işbirliyinə məcburdur, çünki onun əsas tərəfdaşı, İranın başçısı Həsən Ruhani indiki anda onun diqqətini Dəməşqdən ayırmaq üçün İraqda özəl yaradılan durumla məşğuldur. Buna görə də Suriya indi pis vəziyyətdədir, onun yeganə ümidi isə, türk atalar sözlərinə görə, “beynində yüz tülkü” olan “rus çarı”dır.(Tərcümə Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar