Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ döyüşçüsü olan polkovnik intihara cəhd etdi

Bakı Apellyasiya Məhkəməsini kriminallar yönəldir?

Bir neçə gün öncə pktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsi qarşısında insident baş verib. Bu məhkəmədə işinə baxılan Səfərov Rövşən Rafiq oğlu çıxarılan qərara etiraz olaraq məhkəmə önündə bədəninə xəsarət yetirərək intihara cəhd edib. Bildirək ki, R.Səfərov ehtiyyatda olan polkovnikdik, Qarabağ müharibəsi iştirakçısıdır. Baş vermiş hadisə və Qarabağ döyüşçüsü olan polkovnikin şikayəti ilə bağlı cumhuriyyet.az olaraq araşdırma apardıq. Araşdırmamız zamanı məlum olmuşdur ki, R.Səfərov qeyri qanuni yolla onun əlindən alınmış evləri ilə bağlı iddia qaldırmış və bu iddia Binəqədi rayon Məhkəməsi tərəfindən təmin edilsə də sonradan Bakı Apellyasiya Məhkəməsinin müəmmalı mövqeyi ortaya çıxmışdır.

Məsələnin təfərrütı olaraq bildirək ki iddiaçı Səfərov Rövşən Rafiq oğlu cavabdeh Vəkilova Zemfira Dursun qızı ilə 15.01.2005-ci ildə rəsmi nikah bağlayıb ailə qurmuş və nikahları akt qeydleri kitabında 15 yanvar 2005-ci il tarixində 132 nomrə ilə qeyd edilmişdir. Ailə qurarkən Z.Vəkilovanın 04.12.2001-ci il təvəllüdlü Ramin adlı bir oğlu olub. Rövşən Səfərob bu uşağa öz soyadını vermiş və ona oğlu kimi baxmışdır. Birgə nikah dövündə yalnız Səfərov Rövşən Rafiq oğlu işləyərək ailəni saxlamış, cavabdeh Vəkilova Zemfira Dursun qızı isə ev işləri ilə məşğul olmuşdur. Birgə nikah dövründə o, 2006-ci ildə bağışlama yolu ilə Bakı səhəri,Binəqədi rayonu, Azadliq prospekdi, 189 sayli evin 26 saylı mənzilini, 2013-cü ildə cavabdehin adına rəsmiləşdirilmiş Baki səhəri, yasamal rayonu, Parlament prospekdi, 6 saylı evin 14 saylı məzilini və həmin ildə cavabdehin adına rəsmileşdirilmiş Baki səhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilini əldə etmişdir. 2014-cü ildə səhhetində problemlər yarandığına görə bir müddət fasilələrlə Gürcüstan Respublikasında yaşamışdır. Həmin müddət ərzində ailenin saxlanılması üçün zəruri olan pul vəsaitini onun pensiya kartından cıxarmaq üçün arvadı Vəkilova Zemfira Dursun qızının adına 13 noyabr 2014-cü il tarixində Tbilisi şəhərinin notariusu Nino Şoiaşvilinin notariat bürosunda etibar namə verilmişdir ki, zərurət yarandıqca həmin etibarnamə vasitəsilə Bakı şəhərində onun pensiyasını alsın. Bu qayda ilə Vəkilova Zemfira Dursun qızı bir neçə dəfə onun pensiyasını almışdır. Bir müddət sonra səhhəti bərpa həmin etibarnaməni cırıb atdığını bildirmişdir.

Artıq pensiyada olduğu və əvvəlki qaydada qazanc gətirə bilmədiyinə görə arvadının onunla münasibətləri gərginləşmiş,bu zaman aralarında mütamadi olaraq münaqişə olmuş, 2018-ci ilin may ayınin sonlarına yaxın arvadından nikah şəhadətnaməsini və s. sənədləri istəmiş, 22 iyun 2018-ci il tarixdə isə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı səhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Butun bunların müqabilində cavabdehin narahat olmadığını və özünü tam arxayın apardığını görüb verdiyi etibarnamədən sui-isdifadə etməsindən süpbhələnmişdir. Odur ki, növbəti gün DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsində işləyən tanışı ilə əlaqə saxlayaraq qeyd olunan mənzillərin hüquqi vəziyyəti ilə maraqlandıqdan sonra ona məlum olmuşdur ki, onun Bakı səhərində olmasına baxmayaraq arvadı onun idarə ifadəsi olmadan etibarnamədən sui-isdifadə etmeklə, bir günün içində, yəni 31.05.2018-ci ildə oğlu Səfərov Ramiz Rövşən oğluna bağışlanmışdır.

Göstərilənlərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilinə dair Səfərov Rövşən Rafiq oğlunun adından Səfərov Ramin Rövşən oğlu arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/116 nömrə ilə qeyd edilmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Səfərov Ramin Rövşən oğlunun adına aparılmış 04.06.2018-ci il tarixli qeydiyyatın və 1118046871 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın; Bakı şəhəri Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin , 14 saylı mənzilinə dair Vəkilova Zemfira Dursun qızı ilə Səfərov Ramin Rövşən oğlu arasında bağlanaraq, Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/114 nömrə ilə qeyd edilmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Səfərov Ramin Rövşən oğlunun adına aparılmış 04.06.2018-ci il tarixli qeydiyyatın və 1118046863 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın; Bakı şəhəri Nərimanov rayonu, Əliəşrəf Əlizadəküçəsi, 42/ 9 saylı evin 68 saylımənzilinə dair Vəkilova Zemfira Dursun qızı ilə Səfərov Ramin Rövşən oğlu arasında bağlanaraq, Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/115 nömrə ilə qeyd edilmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Səfərov Ramin Rövşən oğlunun adına aparılmış 04.06.2018-ci il tarixli qeydiyyatın və 1118046878 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və göstərilən mənzillərin əvvəlki hüquqi vəziyyətə qaytarılması barədə çıxarılması ilə bağlı Binəqədi rayon məhkəməsi qarşısında iddia qaldırmışdır. Binəqədi məhkəməsi iddianı təmin edərək R.Səfərovun xeyrinə qərar çıxarmışdır. Ancaq qarşı tərəf bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət etmiş və bununla da kifayətməhkəməyərək R.Səfərova müxtəlif yollarla təzyiq və təsirlər göstərmişdir. R.Səfəov bildirir ki, bu dövrdə özünü kriminal aləmin adamları kimi təqdim edən şəxslər onunla görüşmüş, onu hətta ölümlə hədələyərək evlərdən əl çəkməsini tələb etmişlər.

Həmin şəxslər Rusiyada olan “qardaşlar”ın “əllərinin uzun olduğunu” bildirərək Bakı Apellyasiya Məhkəməsindən lazımi qərarı alacaqlarını deyiblər. Maraqlıdır ki, doğurdan da Bakı Apellyasiya Məhkəməsi Binəqədi məhkəməsinin qərarını ləğv edir. Bunun ardınca R.Səfərov Bakı Apellyasiya Məhkəməsinin qərarından ali Məhkəməyə şikayət edir. Həmin dövrdə məlum şəxslərin təzyiqləri daha da artır. Əlacsız qalan R.Səfərov hüquq mühafizə orqanlarına müraciət edir və tu şəxslər saxlanılır. Eyni zamanda Ali Məhkəmə Rövşən Səfərovun xeyrinə qərar çıxarır və qərarında Bakı Apellyasiya Məhkəməsinin qərarındakı qanunsuzluqları açıq şəkildə göstərir. Qarşı tərəf bu dəfə də yenidən Bakı Apellyasiya Məhkəməsinə müraciət edir və maraqlıdır ki, yenidən eyni qərar çıxarır. Hətta qərardan sonra Rövşən Səfərova qeyri rəsmi yollarla xəbər göndərilir ki, bu iş Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin şəxsi nəzarətindədir və başqa qərara ümid etməsin. Qarabağ uğrunda döyüşlərdə iştirak edən, Silahlı Qüvvələrdə nümunəvi xidmət keçən polkovnik öz dövlətinə inamını itirməyib. O heç cür inanmır ki, kriminal aləmə aid şəxslər Bakı Apellyasiya Məhkəməsini belə əldə saxlaya bilərlər.

Mövzunu diqqətdə saxlayacağıq. Yaxın günlərdə Rövşən Səfərovla geniş müsahibəni diqqətinizə çatdıracayıq.(cumhuriyyet.net)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar