Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alındı - Foto,Video

Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib...

Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan 3 vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış 491 683,87 manat dəyərində vergi borcu ilə bağlı əmlakı siyahıya alınıb.

Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Çıxarılmış qərarlara uyğun olaraq, 2 vergi ödəyicisində 472 914,91 manat dəyərində vergi borcuna görə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib və ümumilikdə 505.200 manat dəyərində əmlak siyahıya alınıb.

Vergi orqanları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 72A ünvanda yerləşən, “Parkv Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilidə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib, 457 432,91 vergi borcu müqabilində 480 000 manat məbləğində əmlakı (obyekti) siyahıya alınıb.

Bakı şəhəri, Nərimanov rayonu, 2095-2096-ci məhəllə ev 9c, 507-ci küçədə yerləşən “Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr” Açıq Səhmdar Cəmiyyətinə məxsus mebel sexi və beton sexinin fəaliyyəti araşdırılarkən, onun 15 482 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib.

Bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb, 25 200 manat dəyərində dəzgah və digər avadanlıqlar müvafiq qaydada siyahıya alınıb.

Bundan əlavə, fiziki şəxs Hüseynov Alqayıt İlham oğlunun dövlət büdcəsinə yaranmış 18 768,96 manat borcuna görə əmlak siyahıya alınması barədə qərar çıxarılıb. Lakin nəzarət tədbiri zamanı vergi ödəyicisi tərəfindən borc məbləğinin tam şəkildə büdcəyə ödənilməsini təsdiq edən sənədlər təqdim edildiyindən, onun barəsində əmlak siyahıya alınma tədbirləri həyata keçirilməyib.

Vergilər Nazirliyi vergi ödəyicilərinin nəzərinə çatdırır ki, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə ödənilməli vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirl

ləri tətbiq edilir. Vergi orqanları belə halların qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcək.

Nazirlikdən bildirilib ki, Vergilər Nazirliyi vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanması və hesablanmış vergilərin tam və vaxtında dövlət büdcəsinə köçürülməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar