Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya neft qiymətinin 50 dollar məbləğini ədalətli sayır

Neftin bir barelinin ortamüddətli perspektivdə 50 dollara satılmasını ədalətli qiymət hesab etmək, amma əvvəllər 100 dolları aşan yüksək qiymət səviyyəsi barədə unutmaq olar...

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə bildirən Rusiyanın energetika naziri Aleksandr Novak İran və Venesuelada hasilatın azalması müqabilində ABŞ daxil olmaqla bəzi ölkələrdə artması nəzərə alınsa, uzunmüddətli gələcəkdə də qiymətlərin hazırkı səviyyəyə yaxın olacağını dilə gətirib.

Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi cari ildə neftin bir barelinin 65 dollara satılacağına dair proqnoz verib. Ekspertlərin fikrincə, Yaxın Şərqdə Küveyt və BƏƏ kimi bir çox OPEC üzvü ölkələr üçün belə qiymət əlverişlidir. Yalnız Səudiyyə Ərəbistanında büdcənin kəsirsiz olması üçün neftin qiyməti azı 80 dollar səviyyəsində olmalıdır.

Xatırladaq ki, OPEC üzvləri arasında ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı Rusiya ilə yanaşı, OPEC+ razılaşmasının lideri hesab olunur.

pia.az


Etiket: Rusiya neft qiymət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar