Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın tranzit gəlirləri 5 dəfə artacaq

Bir neçə gündən sonra İranın Gilan vilayətindəki bağlardan subtropik meyvələrin yığımı və ixracı başlayacaq...

PİA.az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə İranın Fermerlər Birliyinin Gilan vilayəti üzrə təmsilçisi Əli Dədrcani məlumat verib. O bildirib ki, Gilan vilayətinin coğrafi vəziyyəti əlverişli olduğu üçün yığılan məhsulun ixracı asandır. Bu vilayət Azərbaycan Respublikası ilə həmsərhəddir və subtropik meyvələr Azərbaycan ərazisindən keçməklə Rusiyaya ixrac ediləcək. Cari ildə İranın Talış, Astara və Rudbar bölgələrinin bağlarında 180 min ton kivi yetişdirilib. Bu məhsulun 90 faizi Rusiyaya göndəriləcək.

Xatırladaq ki, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti istifadəyə verildikdən sonra İranın Rusiyaya ixrac etdiyi məhsulların həcmi artıb. Dəmir yolu çəkilməmişdən öncə İran ixrac əməliyyatlarını yük maşınları ilə həyata keçirirdi. Bu isə həm baha başa gəlir, həm də vaxt itkisinə səbəb olurdu. Meyvə tez xarab olan məhsul olduğu üçün bazara tez çatdırılması lazımdır. İranAzərbaycanı birləşdirən 8 kilometrlik dəmir yolu istismara buraxıldıqdan sonra bu problem aradan qalxıb. İranın Astara gömrüyündən keçməklə məhsul ixracının artması Azərbaycanın tranzit gəlirlərinin də artmasına səbəb olur.

Gələcəkdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas seqmentindən biri olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu tam istifadəyə verildikdən sonra İranın digər vilayətlərindən, eləcə də Cənub-Şərqi Asiya ölkələrindən RusiyaAvropaya ixrac olunan yüklər də məhz Azərbaycan ərazisindən keçməklə daşınacaq. Hələlik isə yolun Qəzvin-Rəşt hissəsi istismara verilib, Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu yol istismara verildikdən sonra Azərbaycanın tranzit gəlirləri 5 dəfə artacaq.

pia.az


Etiket: tranzit gəlir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar