Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda QİÇS yayılan kəndin sakinləri etiraz aksiyası keçirib

İranın Çahar-Mahal və Bəxtiyari əyalətinin Lordeqan şəhərinin Çinar Mahmud kənd sakinləri etiraz aksiyası keçirib. 

Kənd sakinləri Səhiyyə Nazirliyinin Lordeqan şəhər şöbəsi və icra aparatı qarşısında toplaşıb.

Sakinlər kənddə əhaliyə xidmət göstərən həkimlərin qan analizi və diabet yoxlanışları zaman yoluxucu xəstəliklərin viruslarının bulaşdığı şprislərdən istifadə etdiyini və nəticədə insanların QİÇS-ə yoluxduğunu bildirirlər. Hələlik kənddə yoluxmuş şəxslərin sayı tam müəyyənləşməsə də, İran parlamentinin Səhiyyə komissiyasının üzvlərindən biri 26 nəfərin QİÇS-ə yoluxduğunu söyləyib. Aksiya iştirakçıları məsul şəxslərdən məsələyə aydınlıq gətirilməsini, xəstəliyə yoluxmuş şəxslərin dövlət tərəfindən müalicəsinin təmin olunmasını tələb edirlər.

İranın Səhiyyə Nazirliyi bu iddianı şayiə adlandırıb və əsassız olduğunu bəyan edib. Bununla belə, İran Səhiyyə naziri Səid Nəməki ötən gün kənd əhalisinə müraciət edib. Nazir hazırda mütəxəssislərin hadisə yerində olduğunu, analizlər götürüldüyünü qeyd edib: “Çalışırıq ki, Çinar Mahmudi bölgəsində sabitliyi təmin edək. Xəstəliyə yoluxmuş şəxslərin müalicə xərcləri alınmayacaq və müalicə xidmətləri pulsuz göstəriləcək”.

Çinar Mahmudi kəndində QÇİS xəstəliyinə yoluxanların sayı və bu xəstəliyin səbəblərinə gəlincə, S.Nəməki deyib ki, xəstəliyin yayılma səbəbləri ilə əlaqədar ekspertlər araşdırma apardıqdan sonra lazımi məlumat xalqa çatdırılacaq. Eləcə də QÇİS-ə yoluxmuş xəstələrin sayı ilə bağlı da ətraflı məlumat veriləcək. (APA)

pia.az


Etiket: İran QİÇS

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar