Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sekulyarizm islama qarşı - Yarıməsrlik təqibin səbəbləri...

Sekulyarizm özündə onkoloji şiddəti və paqan barbarlığının formalarını daşıyır...

Yusuf KAPLAN
“Yeni Şafak” qəzeti, Türkiyə, 4 oktyabr 2019-cu il

Sekulyarizm müasir paqanizmin bir formasıdır. Müasir paqanizmin kökləri isə qədim yunanlara qədər gedib çıxır. Paqan fəlsəfəsi çox qədimdir və bütün Qərb cəmiyyətlərində də bu fəlsəfə yunan fəlsəfəai ilə birlikdə öyrənilib.

Mədəniyyətlər, paqanizm və elmləri

Qədim yunanlarla birlikdə paqanizm də əsl mahiyyətinə çatıb. Qədim yunanlardan əvvəlki və digər mədəniyyətlərdə olan paqanizm çox sadə idi, çünki onlar təbiət qüvvələrinə sitayiş edirdilər. Bu paqanizmin təməlində fövqəltəbii qüvvələrə sahib olan bir Yaradıcı anlayışı vardı. Bəziləri Ayda, bəziləri Günəşdə fövqəladə və ilahi xüsusiyyətlər görürdü.

Babil, Kaldean, Şumer və Misir mədəniyyətlərində qarşımıza çıxan paqanizm formaları, əslində, fövqəlinsan və fövqəltəbii bir qüdrət axtarışından ibarətdir.

Bu, sözügedən mədəniyyətlərin həyata baxış tərzində, həyatı yaşamaq və duymaq tərzində, incəsənətində, elmində özünü göstərir. Ona görə də, bütün bu məsələlərə diqqət yetirmək vacibdir.

Bu mədəniyyətlərin hamısında astronomiya əsas elm sahəsidir. Qədim yunanlarda isə əsas elm fizika-biologiya idi. Digər mədəniyyətlər metafizika, fövqəlinsan və fövqəltəbii qüvvələrlə maraqlanarkən, qədim yunanlar təkcə fizika və insanla maraqlanırdı. Bu cür fərqlərin, təbii ki, özünəməxsus tarixi, sosial-mədəni, siyasi-iqtisadi səbəbləri və şərtləri vardı.

Bir saflaşma forması kimi incəsənət, idman və tragediya

Sekulyarizm paqanizmin bir forması kimi həyatda dindən kənarda formalaşıb. Misirlilər, Şumerlər, Babillər və Keldeanlar isə dindən kənar cəmiyyətlər hesab edilməyib. Əslində, qədim yunanlar belə dindən kənar bir cəmiyyət hesab edilməyiblər. Olimpiadalar dini bir ritual kimi həyata keçirilirdi. Eyni şey qədim yunan incəsənətinə, şeirinə və hətta həyatın zirvəsini yaradan tragediyaya da aid idi. Çünki tragediya bir saflaşma formasıdır. Hər hansı bir teatr tamaşasının ən üstün forması tragediya hesab olunurdu: Tragediyada tamaşaçı katarsis (doyuma çatmaq, saflaşmaq) yaşayır.

Əslində, daha sonralar incəsənətdə, ədəbiyyatda və teatrda bu tragediya formasından ən təsirli şəkildə istifadə edildi. Tragediyanın zirvəyə çatdığı incəsənət növü klassik Hollivud hekayəsidir: İzləyici obrazlarla empatiya qurur və onlar vasitəsilə saflaşır. Klassik Hollivud hekayəsində də obrazlara dini mənalar yüklənir, yəni klassik bir film dili yaxşılar və pislər olaraq bölgü yaradır. Əslində isə müsbət qəhrəman İsa Məsihin, mənfi obraz isə Dəccalın simvoludur.

İncəsənətin və idmanın dini xüsusiyyətlər daşıdığı qədim yunanların dünyasında din çox önəmli bir rola malikdir. Amma daha çox dindən kənar cəmiyyət quruluşunun hakim olduğunu demək olar.

Saray cəmiyyətindən məbəd cəmiyyətinə...

Qədim yunanlar saray cəmiyyəti idi: siyasət və siyasi güc müəyyənedici bir qüvvədir. Digər cəmiyyətlər, əsasən, məbəd cəmiyyətləridir. Yunanlarda həyatın mərkəzində saray və siyasət olarkən, digərlərində məbəd var idi.

Tarix boyunca bəşəriyyətə damğa vuran cəmiyyət forması mədəb cəmiyyəti olub. Saray cəmiyyətlərində də güclü məbədlər vardı, amma burada əsl məbədlər saraylaşır və həm öz quruluşunu, həm də sahib olduğu gücü maddiyyat üzərindən asılı hala gətirir. Bunun ən bariz nümunəsi də Vatikandır.

Sekulyarizm və paqanizm: Onkoloji şiddətin formaları

Hegel sekulyarizmi “şiddət qaynağı olan bir barbarlaşma forması” kimi tərif edir.

Müasir cəmiyyət dinin dünyadan uzaqlaşdırdığı bir cəmiyyətdir. Postmodern cəmiyyət isə dünyəviliyin dindarlaşdığı paqan cəmiyyətidir. Sekulyarizm bir tərəfdən sürət, həzz və cazibədarlığı müqəddəsləşdirərkən, digər tərəfdən də futboldan kinoya, populyar mədəniyyətin bütün növlərindən mediaya qədər dindən kənar müqəddəsliklər yaradıb: Neo-paqanizm, texno-paqanizm zəfər qazanır.

Tarixdə bütün xüsusiyyətlərinə görə həm dindən kənar, həm də paqan olan quruluş müasir cəmiyyətdir. Bütün cəmiyyətlərdə və mədəniyyətlərdə din ən əhatəli perspektiv yaradan bir təsvirə malikdir. Sadəcə olaraq müasir cəmiyyət dini həyatdan uzaqlaşdırıb və keçici, dünyəvi xüsusiyyətləri dini hala gətirib. Bu isə onkoloji şiddət və barbarlıqdır.

Qısaca, sekulyarizm həyatın mənasını yox edən, mənasızlıq yaradan və bunu boşluğu dindən kənar müqəddəsliklərlə doldurmağa çalışan, onkoloji şiddət yaradan bir dünyanın təzahürüdür.

Ruhsuz və paqan sekulyarizm formalarının qarşısında təkcə İslam dünya təsəvvürü dik dayana bilər. Hegel də tarix fəlsəfəsində bu reallığı dilə gətirib. İslamın qlobal miqyasda təxminən yarım əsrdir hədəfdə olmasının gizli səbəbi məhz budur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar