Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranlı alim 20 ilə Cənubi Amerika meyvəsi yetişdirdi - Video

Lənkəranda bölgə üçün xarakterik olmayan quayava meyvəsi yetişdirilib...

PİA.az "Xezerxeber.az"a istinadən məlumat verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin direktoru Fərman Quliyev bunun üçün 20 ilə yaxın vaxt və xeyli əmək sərf edib.

Nəticədə vətəni Cənubi Amerika olan quayava tropik/subtropik bitkisini yerli iqlimdə yetişdirə bilib. Təcrübələr əsasən qırmızı və sarımtıl quayava üzərində aparılıb.

Çox tez bir vaxtda, əkildiyinin 3-cü ilində məhsul verən quayava ağacı may ayında çiçəkləyir və meyvələr mərhələlərlə yetişərək sentyabr-noyabr aylarında yığılır. Bir ağac yaşından və boyundan asılı olaraq 50-100 kq məhsul verir. Feyxoa ilə bir nəsildən olan quayava bitkisi həm toxumla, həm də vegetativ üsulla artırılır.

Fərman Quliyevin sözlərinə görə, xəstəliklərə qarşı dözümlü olan quayavaya böyük maraq və tələbat var. Bunu nəzərə alan elmi mərkəz tərəfindən tingçilik təsərrüfatının yaradılmasına da başlanılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar