Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov: “Azərbaycan bölgədəki proseslərdə aparıcı rol oynayır”

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır. Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib

Ölkəmizin müstəqil siyasət həyata keçirdiyini deyən S.Novruzovun sözlərinə görə, Azərbaycan heç bir dövlətin, beynəlxalq təşkilatın diqtəsi ilə hərəkət etmir:

“Əksinə, Azərbaycan regionun lider dövləti olaraq, bölgədəki proseslərdə aparıcı rol oynayır. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edən əsas ölkələrdən biridir. Bir sözlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət ölkəni daha da gücləndirir. Dövlət başçısının Soçidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanat isə dünya üçün bir mesajdır”.

S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyasının fəalları görülən işləri insanlar arasında ciddi şəkildə təbliğ etməlidir. YAP-ın 8 minə yaxın ərazi ilk partiya təşkilatlarının olduğunu deyən deputat burada birləşən üzvlərin birbaşa vətəndaşlarla təmasda olduğunu qeyd edərək təbliğat işinin gücləndirilməsini vacib hesab edib:

“Çünki Azərbaycanı gözü götürməyən dairələr ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparırlar. İnformasiyanı insanlara iki formada daha sürətli çatdırmaq olur. Biri canlı şəkildə, digəri isə sosial şəbəkələr vasitəsilə. Artıq bu baxımdan sosial şəbəkələr daha öndədir. Bu imkanlardan istifadə olunaraq cəmiyyətdə qarışıqlıq yaratmaq istəyənlər var. Onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. Xaricdəki mühacir azərbaycanlılar Azərbaycanda aparılan islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər. Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Lüksemburqda “Qarabağ” futbol klubunun oyununda baş verən erməni təxribatı zamanı onların səsi çıxmadı, həmin təxribata etiraz etmədilər. Çünki erməni lobbisi tərəfindən maliyyələşirlər”. (Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar