Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heç kimin milyarder olmağa haqqı yoxdur, bu qədər sərvət yığmaq ədalətli deyil...”

Dünyada ən populyar sosial şəbəkə olan Facebook-un sahibi və baş direktoru Mark Zukeberq ABŞ prezidentliyinə keçmiş iddiaçı Berni Sandersin bu mövqeyi ilə razıdır ki, dünyada milyarderlər olmalı deyil

“Bloomberg” xəbər verir ki, Zukeberq öz əməkdaşları ilə sual-cavab axşamında söhbətləşib. Suallardan biri belə olub: “Siz demokratların prezidentliyə namizədi olmuş Sandersin dünyada milyarderlərin mövcudluğunun düzgün olmadığı haqda sözlərinə necə yanaşırsınız?”

Berni Sanders belə fikirlə özünün Tvitter-bloqunda çıxış etmişdi.

“Heç kimin bu qədər pula sahib olmağa haqqı yoxdur. Mən düşünürəm ki, nəsə yaxşı iş gördüyünüz üçün mükafatlandırılmalısınız, amma bu qədər sərvət cəmləmək məqsədyönlü və ədalətli deyil”,- Mark Zukeberq bildirib.

Zukeberq bu yaxınlarda 40 yaşdan gənc ən varlı amerikalı elan edilib. “Forbes”in hesablamalarına görə onun kapitalı 70 milyard dollara yaxındır.

Facebook-un sahibi suala cavabında əlavə edib ki, onun indiki statusu xeyriyyəçiliklə məşğul olmaq üçün yaxşı imkan yaradır. O, pullarını gələcəkdə xəstəliklərin kökünü kəsmək üçün xanımı ilə birlikdə yaratdığı investisiya fonduna yatırır. Zukeber hesab edir ki, belə təşəbbüslərin dövlət tərəfindən maliyyələşdirilməsi onların inkişafı sürətini ləngidərdi, yaxud ümumiyyətlə belə layihələr mümkün olmazdı. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar