Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Jurnalistlər “Qarabağ Azərbaycandır və nida işarəsi” kampaniyasının önündə getməlidir”

Umud Rəhimoğlu: “Ölkə başçısının “Valday” klubundakı çıxışını dövlətimizin növbəti uğuru hesab edirəm”

Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən 2019-cu il oktyabrın 7-dən “Qarabağ Azərbaycandır və nida işarəsi” Beynəlxalq Gənclər Kampaniyasına start veriləcək. Kampaniyanın məqsədi Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, erməni yalanlarını ifşa etmək üçün sosial şəbəkələrdə, dünya mediasında müxtəlif faktların, şəkillərin, video materialların yayılmasını təmin etməkdir.

Bəs “Qarabağ Azərbaycandır və nida işarəsi” kampaniyasında jurnalistlərin aktivliyinə ehtiyac varmı? Media təmsilçilərinin bu kampaniyada aktiv iştirakı onun effektiv nəticələnməsi baxımından nə dərəcədə zəruridir?

PİA.az xəbər verir ki, Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bu kimi kampaniyalarda jurnalistlərin aktivliyinə ciddi ehtiyac olduğunu vurğuladı:

“Hesab edirəm ki, jurnalistlər bu cür kampaniyaların önündə getməlidir. Jurnalistlər informasiya daşıyıcılarıdır. Həm sosial media, həm də ənənəvi media informasiyanın çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Jurnalistlər bu məsələdə peşəkardırlar. Onlar bu işin ustasıdırlar. Buna görə də jurnalistlər bu prosesdə daha fəal olmalıdırlar. Bu məsələdə bizim əcnəbi dilində fəaliyyət göstərən media qurumlarımız, jurnalistlərimiz daha fəal olmalıdır.

Xarici ölkələrdə təhsil alan tələbələrimizi, gənclərimizi də bu məsələdə səfərbər etməliyik.

Cənab prezidentin “Valday” klubundakı çıxışı unikal bir çıxış idi. Bu, hər bir azərbaycanlının ürəyindən keçən, gözlədiyi bir çıxış idi. Ölkə başçısı, ali baş komandan “Valday” klubundakı çıxşında çox ciddi mesajlar verdi. Dünyanın bir çox ölkəsinin nümayəndələri bu auditoriyada təmsil olunurdu. Ən başlıcası, dünyanın aparıcı ölkələrindən olan Rusiyanın siyasi rəhbərliyi də bu klubda aparıcı mövqeyə malik şəxslər kimi yer almışdı.

Hər kəs bilir ki, Qarabağ probleminin həllində Rusiyanın mövqeyindən çox şey asılıdır. Bu, ölkə başçısının praqmatik, məqsədyönlü, davamlı siyasətinin nəticəsi idi ki, “Valday” klubunda bu cür bəyanatla çıxış etmək imkanına nail olundu. Bunu ölkəmiz, onun diplomatiyası üçün növbəti uğur hesab edirəm. Hesab edirəm ki, hər bir gənc, hər bir jurnalist, hər bir ziyalı, hər bir ölkə vətəndaşı bu kampaniyada fəal iştirak etməli, bu kampaniyaya öz töhfəsini verməlidir”.

pia.az


Etiket: Qarabağ Valday

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar