Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dron hücumları neft bazarında hansı dəyişikliklər doğurub?

Asiya alıcıları Səudiyyə Ərəbistanından üz döndərir...

Nikolay Kojanov
“Əl-Cəzirə”, 04.10.2019

Səudiyyə Ərəbistanın neft infrastrukturuna 14 sentyabr hücumları 1973-cü il neft böhranından bəri dünya bazarına ən ciddi zərbə vurub. Pilotsuz təyyarələrin həmləsində “Aramco”-nun Abqaiq və Xuraysdakı obyektləri hədəfə alınıb, nəticədə, neft hasilatı gündəlik 5,7 milyon barel azalıb ki, bu da dünya istehsalının 5 faizinə bərabərdir.

Dünyanın ikinci ən böyük neft istehsalçısının hasilatındakı ciddi azalma bəzi analitiklərə neft qiymətlərinin 1 barel üçün 70 dollardan yuxarı qalxacağını və uzun müddət bu həddə olacağını güman etməyə əsas verib.

Ancaq bu, olmadı. Qiymətlərdəki sıçrayış müvəqqəti idi və bir müddət sonra 1 barelin qiyməti 60 dollardan aşağı enib. Hücumlardan neft-kimya sənayesi də təsirlənib, lakin bu da qısa zamanda bərpa olunub. Dünyanın etilen, polietilen və monoetilen istehsalçısı olan Səudiyyə Ərəbistanı oktyabr ayında gözlənilən gecikmələrlə, məhsul tədarükündə yalnız qısamüddətli fasilələrin olacağını açıqlayıb.

Səudiyyə Ərəbistanı hasilatın qismən itkisini öz ehtiyatları ilə kompensasiya etməklə və ixrac öhdəliklərinin yerinə yetiriləcəyinə dair zəmanət verməklə, neft böhranından çıxmağa başlayıb.

Ümumi dünya neft ehtiyatlarının 4 aya qədər mövcud tələbatı ödəmək üçün kifayət etməsi beynəlxalq bazara sakitlik gətirib.

Səudiyyə Ərəbistanı vəziyyəti qısa zamanda sabitləşdirməyə və neft infrastrukturuna dəymiş ziyanı kompensasiya etməyə müvəffəq olsa da, 14 sentyabr hücumları hələ də uzun müddətli mənfi təsir göstərə bilər.

Bu, istehlakçıların belə bir hücumun təkrarlanması ilə bağlı narahatlığı ilə əlaqəlidir. İstehlakçı davranışı, əsasən, qavrayış və gözləntilərə söykənir – istər əsaslı olsun, istərsə də əsassız, – o, iqtisadiyyat qaydalarına və məntiqinə uyğun gəlmir.

İndi dünya əsas neft obyektlərinə pilotsuz təyyarə hücumlarının Səudiyyə neft və neft-kimya kompleksinin yeni bir təhlükəsizlik təhdidi ilə üzləşdiyini nümayiş etdirdiyini görür.

Sentyabrın 20-də ABŞ-ın Baş Qərargah rəisi general Cozef Danford Yaxın Şərqdəki ABŞ personalının sayının əhəmiyyətli dərəcədə artmasını və Səudiyyəyə yeni silahların verilməsini açıqlayıb. Ərəbistan öz neft infrastrukturunun təhlükəsizliyinə tam zəmanət vermir. Onun etirafı Səudiyyə neftinin alıcıları arasında mövcud narahatlığı təsdiqləyib.

Başqa bir hücum qorxusu körfəzdəki böhran, regional qarşıdurma riski artdıqda, neft qiymətlərinə təsir, həmçinin, alıcıları Səudiyyə Ərəbistanından və bütövlükdə, bölgədən neft alışlarına olan inamlarını azaltmağa və alternativ tədarükçülər axtarmağa təşviq edə bilər.

Bu risk Səudiyyə Ərəbistanının Asiya müştərilərinə, məsələn, Körfəz dövlətindən neftin 16 ilə 36 faizi arasında idxal edən Çin, Hindistan, Cənubi Koreya və Yaponiya kimi ölkələrə ciddi təsir göstərəcək.

Əslində, hücumlar, həssas olaraq Hindistana tədarükün pozulduğunu faş edib. Bəzi hesablamalara görə, Hindistanın strateji neft ehtiyatları cəmi 9 günü üçün kifayətdir. Bu, Hindistanı neft idxalındakı fasilələrə çox həssas edir, çünki istənilən fövqəladə hadisə ölkənin neft-kimya müəssisələrinin fəaliyyətini qısa zamanda poza, qiymətlərin böyük artımına səbəb ola və iqtisadi artıma təsir edə bilər.

Asiya neft alıcılarının alternativ mənbələr axtardıqlarına dair əlamətlər artıq görünür və əsas neft tədarükçüləri Asiyada artan tələbatı ödəmək üçün özlərini təyin edirlər.

Səudiyyə Ərəbistanındakı hücumlardan cəmi 2 gün sonra Kanadanın Alberta əyalətinin baş naziri Ceyson Kenni tvit atıb: “Alberta Yer kürəsindəki ən etibarlı enerji mənbəyidir… Səudiyyə NEZ-lərinə həmlə oyanış olmalıdır. Dünyaya etibarlı, sabit enerji lazımdır və Alberta onu təmin edə bilər”.

ABŞ istehsalçıları da əməliyyatlarının təhlükəsizliyini vurğulayıblar və “Aramco”-ya hücumların ardından daha çox böyümə potensialına işarə ediblər. Şist neft sənayesindəki son neqativ meyillərə, məsələn, Perm hövzəsində hasilatın zəifləməsi nəticəsində yaranan əməliyyat çətinliyə görə ABŞ hələ də bu ilin son tarixində ilk dəfə olaraq xalis neft ixracatçısı olmağa hazırlaşır.

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanındakı böhranın faydasını artıq hiss edib, Asiya ölkələri Səudiyyə polietileninin gözlənilməz çatışmazlığını kompensasiya etmək üçün neft-kimya sənayesinə üz tutub.

Çin şirkətləri də Səudiyyə Ərəbistanından tədarükdə potensial gecikmələri qarşılamaq üçün ABŞ-dan əlavə mayeləşdirilmiş qaz (LPG) almağı ciddi şəkildə düşünüblər. Maraqlıdır ki, əvvəllər ABŞ məhsullarını Çin şirkətləri üçün baha edən hətta yüksək tariflər də ABŞ LPG-ni seçim olaraq nəzərdən keçirməyə mane olmur.

Rusiya da Asiyanın neft tədarükündəki dəyişikliyi öz xeyrinə istifadə edə bilər. Son 10 ildə Çin özünü Körfəzdəki karbohidrogenlərdən daha az asılı vəziyyətə gətirmək üçün Rusiya tədarükçülərindən neft alışlarını bəzən artırır və 14 sentyabrda baş verənlər bu tendensiyanı möhkəmləndirə bilər. Bununla birlikdə, Rusiyanın bundan nə qədər faydalanması Çin-ABŞ ticarət dinamikasından və ABŞ şirkətlərinin Çinin tələbatını təmin etmək qabiliyyətindən asılı olacaq.

Asiyalı alıcılar Səudiyyə neftindən uzaqlaşmağa davam etsələr, bu, Ər-Riyad üçün problem yaradacaq. Səudiyyə hakimiyyəti bu təhlükəni anlayır və artıq bir sıra tədbirlər görüb. Lakin uzunmüddətli perspektivdə bu cür tədbirlər yetərli olmaya bilər. Səudiyyə Ərəbistanı neft bazarındakı mövqelərini qorumaq istəyirsə, alıcıları inandırmaq üçün daha sərt tədbirlər görməli olacaq.

Ou, neft infrastrukturunun müdafiəsini gücləndirməli və başqa bir hücumdan qorunmaqda effektivliyini nümayiş etdirməlidir. Bundan əlavə, təchizat marşrutlarını İranın dəfələrlə bağlamaqla hədələdiyi Hörmüz boğazının sıxlığından uzaqlaşdırmaq məcburiyyətində qalacaq. Hazırda neft ixracatının 90 faizi boğazdan keçir; keçid pozularsa, bu enerji bazarlarına daha böyük şok gətirə bilər.

14 sentyabr hücumları Səudiyyə Ərəbistanı üçün oyanış çağırışı olmalıdır. Uzunmüddətli təsiri onun iqtisadiyyatında ciddi iz qoyar. Qlobal bazardakı mövqelərini itirməmək və “Vision 2030” üçün o, yaxşıca düşünməlidir.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar