Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Nəsrullahı gözdən çıxarıb? – “Hizbullah” lideri qurbanlığa çevrilir…

Həsən Nəsrullah Ərəb-İran razılaşmasının qurbanı olacaqmı?

Muhammed Zahid Gül
“The Independent” qəzeti, Böyük Britaniya, 4 oktyabr 2019-cu il

İran İnqilab Keşikçiləri Qüds Günü Korpusunun komandiri Qasim Süleymani bir neçə gün öncə İran televiziyasına verdiyi reportajda 2006-cı ildə Livanla İsrail arasında baş verən müharibədəki rolundan danışıb. Maraqlıdır ki, reportajda Süleymani Livandakı “Hizbullah” təşkilatının məşhur lideri Həsən Nasrullahı kiçik düşürtməyə çalışır.

Sözü keçən reportajda Qüds Günü Korpusunun komandiri özünün və İmad Muğniyənin bir əməliyyatdan sağ-salamat çıxarmalarından bəhs edir.

2006-cı ildə avqust ayında başlayan savaşın gedişatını əvvəldən axıra qədər izlədiklərini söyləyən Süleymani Livan-İsrail müharibəsində əldə olunan zəfərin Nəsrullaha deyil, ona və Muğniyəyə aid olduğunu bildirib. Belə çıxır ki, Muğniyənin öldürülməsindən sonra 2006-cı ildə Livan-İsrail müharibəsinin “tək qəhrəmanı” olaraq Qasım Süleymani qalıb.

Qasım Süleymani Livan-İsrail müharibəsinin qəhrəmanı elan etməklə qalmayıb, həmçinin Həsən Nəsrullahın Livandakı “Hizbullah” təşkilatının liderliyindən alına biləcəyinə işarı edib. Süleymani qeyd edib ki, “Hizbullah” təşkilatı Nəsrullahsız daha güclü olar.

Bundan bir neçə gün öncə isə İran dövlət televiziyası Livandakı “Hizbullah” təşkilatının əsil liderinin Qasım Süleymani olduğunu bildirib. Bu da onu deməyə əsas verir ki, Həsən Nəsrullah İranın Livandakı nüfuzuna və “Hizbullah” təşkilatının Livandakı mövqeyinə xələl gətirilmədən liderlikdən uzaqlaşdırıla bilər. Hətta “Hizbullah” siyasi partiyaya da çevrilə bilər. “Hizbullah” təşkilatıının hərbi qanadı isə beynəlxalq təzyiqlərin və sanksiyaların ortadan qaldırılması üçün ABŞ və Fransa ilə əldə olunan razılaşmaya uyğun formalaşdırıla bilər.

İran İnqilab Keşikçilərinin Həsən Nəsrullahı önəmsiz göstərməkdə məqsədi ABŞ-ın Livana qoyduğu sanksiyaları yüngülləşdirmək üçün “Hizbullah” liderliyinə başqa bir adamın gətirilməsi ola bilər. Hər halda bunu hiss etdirmək və qarşı tərəfin reaksiyasını bilmək önəmlidir.

Əslində Qasım Süleymani Nəsrullahı 2006-cı ildə “əməliyyat mərkəzinin” bombardmanı zamanı etibarlı bir yerə apardıqlarını söyləməklə “Hizbullah” liderini həm İrandakı, həm də Livan və dünyanın başqa yerlərindəki tərəfdarlarının gözündə kiçik düşürdü.

Qeyd edək ki, Həsən Nəsrullah 2006-cı ildən bu yana keçən 13 ildə İranda, İnqilab Keşikçiləri arasında və xaricdə bir qəhrəman olaraq bilinir. Nəsrullahın şəxsiyyətini önəmsizləşdirmək yalnız siyasi məqsədlərlə edilə bilər. Öncəliklə İran və Livanı bəzi körfəz ölkələrinin ABŞ-la yaxınlaşmaq təzyiqləri qarşısında bu addım atıla bilər. Xatırlamağa dəyər ki, ötən il Həsən Nəsrullah BMT-nin nəzarəti altında bir çox ölkələrin Suriyanın gələcəyini müəyyənləşdirmək istəməsini sərt şəkildə dilə gətirməklə yanaş bu ölkələrə duyduğu nifrətini bütün açıqlığı ilə ortaya qoymuşdu.

Böyük ehtimalla Nəsrullah bölgədəki böhran vəziyyətə son vermək, qadağaların qurbanının İran deyil, ərəblərin olması üçün və ən önəmlisi ABŞ-la anlaşa bilmək üçün Tehran tərəfindən qurban verilir. Çünki son zamanlar Nəsrullaha aid qəzetlər Suriya, Yəmən, Livan və İraqdakı qətliamlara görə ərəb müsəlman ölkələrinə nifrətlə aşıb-daşır.

İndi isə ortda havadan asılan böyük bir sual işarəsi var: Həsən Nəsrullah Ərəb-İran razılaşmasının qurbanı olacaqmı?

Tərcümə PİA.az-ındır

Orijinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar