Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

55 müsəlman kəndi yerlə-yeksan edilib - Gizli soyqırımın üstü açıldı

Kəşmir bölgəsində kütləvi məzarlıq aşkar olunub...

Pakistanın Hindistan tərəfindən işğal edilmiş Kəşmir bölgəsində kütləvi məzarlıq aşkar olunub.

PİA.az Teleqraf.com-a istinadən bildirir ki,bu barədə Beynəlxalq İnsan Haqları Məhkəməsinin yayımladığı hesabatda bildirilib.

Hesabatda Cammu Kəşmirin şimalında aşkar olunan məzarlıqda ən azı 2 900 nəfərin kütləvi şəkildə dəfn olunduğu açıqlanıb.

Araşdırma Bandipora, Baramulla və Kupvara bölgələrini əhatə edən 55 kənddə aparılıb.

Məhkəmə Hindistan hökumətinə müraciət edərək, məsələnin araşdırılmasını tələb edib. Məsələ ilə əlaqədar Kəşmir regional rəhbərliyi və rəsmi Dehli məlumatlandırılıb.

İnsan haqları müdafiəçisi Anqana Çatterji təspit edilən 2 900 məzardan 2 373-nün adsız olduğunu, 154 məzarda 2 cəsəd, 23 məzarda isə 3-17 cəsəd aşkar edildiyini bildirib.

ABŞ-da fəaliyyət göstərən insan haqları müdafiəçisi olayla əlaqədar müstəqil araşdırmanın başladılmasını tələb edib.

O, Hindistan hökumətinin yayımlanan hesabatı gözardı etdiyini də vurğulayıb.

Kütləvi məzarlığın bəşəri cinayət olduğunu qeyd edən Çatterji bunun soyqırımı olmasını da diqqətə çatdırıb: "Bandipora, Baramulla və Kupvarada tapılan məzarlar hind ordusu və paramilitary güclərin bölgədə həyata keçirdiyi kütləvi qətliamların bir hissəsidir".

Çatterji Hindistan ordusu tərəfindən törədilən soyqırımında həlak olanların müsəlman olduğunu deyib.

Cammu və Kəşmirdə Hindistan ordusu ilə müstəqillik tərəfdarları arasında 1989-cu ildən bu yana baş verən qarşıdurmalarda ən azı 100 min insanın həlak olduğu ehtimal olunur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar