Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayətullah Sistaniyə sui-qəsd hazırlayan dəstə tutulub

Sistaniyə qarşı qurulan sui-qəsdin üstü açılıb...

İraqın Nəcəf şəhərində ayətullah Seyid Əli əs-Sistaniyə sui-qəsd hazırlanmasının üstü açılıb.

“Report” “Mehrnews”a istinadən xəbər verir ki, bu barədə Nəcəfin valisi Əl-Yaseri “Əl-Mayadin” telekanalına məlumat verib.

Onun sözlərinə görə, din xadiminə sui-qəsd etməkdə şübhəli bilinən dəstə tutulub və həmin dəstənin ayətullah Əs-Sistaniyə sui-qəsd hazırladığı məlum olub.

Əl-Yaseri onların Nəcəfin qədim məhəllələrindən birində tutulduğunu desə də, əlavə məlumat verməyib.

Qeyd edək ki, oktyabrın 3-dən İraqın Bağdad və digər şəhərlərində komendant saatı elan edilib. İraqın baş naziri Adil Əbdülmehdi deyib ki, komendant saatı qərarı sabitliyi, daxili təhlükəsizliyi, ictimai əmlakı, nümayişlər zamanı təhlükəsizlik qüvvələrini hücum edən təxribatçılardan qorumaq və Kərbəla şəhidlərinin “40 mərasimi”nin keçirilməsi məqsədilə qəbul edilib.

İraqın şiə dini lideri, ayətullah Sistaniyə yaxın mənbədən isə bildirilib ki, onun oğlu Məhəmməd Rza Sistani ilə İranın “Qüds” Qüvvələrinin komandanı Qasim Süleymani arasında görüş olub. Məhəmməd Rza xəbərdar edib ki, İranla əlaqənin bu sayaq davam edəcəyi təqdirdə, İraq küçələrində etirazlar kükrəyəcək və onlar etirazçıların tərəfini tutacaqlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar