Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İctimai Birlik sədri: "Döyüşçü adından dövlət əleyhinə istifadə oluna bilməz"

"Son günlər Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verən hadisə xoşagəlməz olaydır. Bundan istifadə edib insanları dövlət əleyhinə qaldırmaq istəyənlər var"

Bunu Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidenti siyasiləşdirmək istəyən qüvvələrə qarşı etiraz olaraq hadisədə iştirak etmiş Qarabağ qazilərinin mətbuat konfransında bildirib.

O qeyd edib ki, döyüşçü adından dövlət əleyhinə istifadə oluna bilməz:

"Amma biz qanuni, hüquqi dövlətdə yaşayırıq. Ona görə də bu məsələyə hüquq müstəvisində qiymət verilməlidir. Hər iki tərəfdən günahkarlar varsa, onlar cəzalandırılmalıdır. Amma bundan istifadə edərək kimlərinsə siyasi maraqlar baxımından xaricdəki qüvvələrin hesabına iğtişaş yaratmağına imkan verə bilmərik. Biz bu dövlət üçün döyüşmüşük, canımızla, qanımıza döyüşmüşük, sabitliyimiz var və bunu pozmağa heç kimə icazə vermərik. Biz döyüşçülər həmişə o cür qüvvələrin qarşısında olacağıq".

M.Mehdiyev bildirib ki, bu məsələdə konkret kiminsə hədəf götürülməsinə çalışılır: "Əlilliyi verən dövlət qurumlarıdır. Ona görə bu məsələ araşdırılmalıdır. Biz dəfələrlə onlara müraciət etmişik. Saxta əlillik alan insanları yox, saxta əlilliyi verən insanları cəzalandırmaq lazımdır. Onların hesabına dövlət büdcəsinə dəyən zərəri qaytarmaq lazımdır".(Trend)

pia.az


Etiket: Mehdi Mehdiyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar