Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransız qəzeti Türkiyə ilə bağlı maraqlı analiz yayımlayıb: Nizamı pozan ölkə...

“Türkiyə qərbli müttəfiqlərinin əksinə, Rusiyanı düşmən və ya təhdid kimi görmür. İki ölkə də ortaqlığa maraq duyduğu üçün münasibətlər tamamilə qopa bilməz”...

“Akşam” qəzeti, Türkiyə, 3 oktyabr 2019-cu il

Fransanın öndə gedən yayım orqanlarından olan “Le Monde” qəzeti Türkiyənin ABŞ üçün və qlobal nizam üçün daşıdığı önəmi araşdırıb. Ankaranın çoxşaxəli xarici siyasət apardığını vurğulayan fransız qəzet analizdə qeyd edib ki, öz milli maraqları üçün lazım gəldikdə zor işlətməsi, yeni müttəfiqlər əldə etməsi və qlobal sistemin funksiyasını müzakirəyə qoyması Türkiyəni ənənəvi nizamı pozan bir ölkəyə çevirib. Həmçinin, “Le Monde” qəzeti bildirir ki, Türkiyənin səsi artıq qlobal arenada daha çox eşidilir.

Qəzet qeyd edir ki, Türkiyənin S-400 hava müdafiə sistemlərini satın alması, hətta daşınma işlərinə başlaması ABŞ-la Türkiyə arasında gərginlik yaradıb və Türkiyənin NATO-dan ayrılması qorxusu da ortaya çıxıb.

Türkiyə II Dünya Müharibəsindən bəri Qərbə yaxın dayanırdı, amma...

Yazılana görə, Türkiyənin II Dünya Müharibəsindən bu yana Qərblə yaxın münasibət qurmasına baxmayaraq, konkret bir müttəfiqi yoxdur. Yazıda 1974-dəki Kipr Sülh Hərəkatı və 2003-dəki İraq təzkərəsinin TBMM-dən (Türkiyə Böyük Millət Məclisi) keçməməsinə işarə edilib və qeyd edilib ki, ABŞ-la olan ixtilaflar da, əslində, bir neçə dəfə ön plana çıxıb.

Ankara Rusiyanı düşmən kimi görmür

Türkiyə-Rusiya münasibətlərini də araşdıran “Le Monde” bildirib ki, iki ölkə arasındakı dialoq qısa zamanda Suriya böhranının gələcəyi və həlli yolunda aparılan müzakirələrlə paralel şəkildə davam edəcək: “Türkiyə qərbli müttəfiqlərinin əksinə, Rusiyanı düşmən və ya təhdid kimi görmür. İki ölkə də ortaqlığa maraq duyduğu üçün münasibətlər tamamilə qopa bilməz”.

Rusiya üçün Suriyada kilid müttəfiq

Qəzet, həmçinin, qeyd edir ki, Türkiyə Suriyada Rusiya üçün kilid müttəfiq olmağa davam edəcək.

Türkiyə köhnə nizamı pozan bir ölkəyə çevrilib

Xəbərdə vurğulanır ki, taktiki problemlər yaşamaq ehtimalı olsa da, Türkiyə bölgə siyasətində RusiyaABŞ qədər təhlükəli hesab etmir və buna görə də, Türkiyə beynəlxalq arenada səsini eşitdirən və köhnə nizamı pozan bir ölkəyə çevrilib.

ABŞ üçün önəmli olan bir ölkə

Yazıda xatırladılıb ki, Türkiyənin Boğazlara nəzarət etməsi, NATO-da ordusuna görə ən böyük 2-ci ölkə olması, NATO-dakı tək müsəlman ölkə olması və İncirlik Bazası kimi səbəblərə görə ABŞ üçün çox önəmli bir ölkədir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar