Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Koçaryanın arvadı ilə görüşü Ermənistanda qalmaqal yaradıb

"Bu, rüsvayçılıqdır və Koçaryana dəstəkdir"...

Taqui Akopyan

1-in.am (Ermənistan), 04.10.2019

Bəzi KİV-lər AİB Ali Şurasının toplantısına qədər də nanəcib proqnozlarla məşğul idi – RF prezidenti Ermənistana gələcəkmi və baş nazir Nikol Paşinyanla görüşəcəkmi? Bununla belə, o gəldi və Paşinyanla görüşdü.

Amma buna paralel, yəqin ki, hakimiyyətin gözləmədiyi başqa bir görüş olub.

Putin ER-in həbsdə olan və konstitusiya quruluşunu devirməkdə ittiham edilən ikinci prezidenti Robert Koçaryanın arvadı ilə görüşüb. Ermənistan mətbuatında dərc olunmuş bu məlumatı sonradan Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. Habelə düz çıxıb ki, görüş RF-nin Ermənistan səfirliyində baş tutub.

ER Gömrükxana İdarəsinin keçmiş rəisi, ER Ali Soveti və MM-nin deputatı Yercanik Abqaryan hesab edir ki, Paşinyan-Putin görüşündən sonra rüsvayçı qalmaqal gəlib – Putin həbsxanada olan Robert Koçaryanın arvadı ilə görüşərək bununla da göstərib ki, Koçaryanın həbsə düşürən faktları nəzərə almır: “Demək istəyirəm ki, Nikol Paşinyan RF prezidentinin səfərindən sonra hər şeyin yaxşı olduğunu bildirərkən göstərir ki, Putinin etdiklərini anlamır. Paşinyan Putinin qarşısında barmaqlarını şama döndərib yandırırsa, fərq etməz, Putin tərəfindən ona tabe olmayan antirusiya xadimi kimi qavranılır. Belə ki, Paşinyan bu elementar şeyi başa düşməli və Putinin bu fitnəkar addımına uyğun cavab verməliydi”.

Yercanik Abqaryan Vladimir Putin-Bella Koçaryan görüşünə üz tutaraq qeyd edib ki, bu, ağır cinayətlərdə ittihama görə həbsdə olan Robert Koçaryana dəstəkdir.

Yercanik Abqaryan müxtəlif KİV-lərin Putinin Ermənistana gəlməyəcəyi, gəlişinə qədər isə Robert Koçaryanı buraxmaq haqda Paşinyanın qabağına ilkin şərt qoyduğu haqda yazdığını yada salıb.

Yercanik Abqaryan qeyd edib ki, bu, keçmiş hakimiyyətin yalnız manipulyativ bəyanatı idi.

Həmsöhbətimiz baş nazir Nikol Paşinyanın ABŞ-a baş tutmuş səfərinə də diqqət yetirib.

O, qeyd edib: “Paşinyan ABŞ-a yollandı, BMT-nin mənzil-qərargahında çıxış etdi, amma bütün problem bundadır ki, Amerika administrasiyasının əsas fiqurları ilə görüşməyib. Xüsusən də ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş olmayıb, qalan görüşlər isə ikinci dərəcəli xarakter daşıyırdı. ABŞ prezidenti və ümumiyyətlə ABŞ onu soyuq qarşıladısa, deməli, hər şey aydındır. Onu da nəzərə almaq gərəkdir ki, Tramp indiki anda Rusiyaya qarşı ümumiyyətlə heç bir addım atmır. Və bu durumu gözə almaq gərəkdir”. (Tərcümə Strateq.az)

pia.az


Etiket: Putin ERmənistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar