Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Qondarma, separatçı rejim” sözlərindən uzaq durmaq lazımdır” – Keçmiş nazir

“Prezident İlham Əliyevin Soçidə Qarabağlı bağlı verdiyi bəyanat Azərbaycan cəmiyyətindəki narahatlığı bir qədər aradan qaldırdı”...

Bu sözləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan prezidenti İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Qarabağla bağlı səsləndirdiyi bəyanatı şərh edərkən bildirib.

İlham Əliyev Soçidə birmənalı şəkildə Qarabağın Azərbaycana aid olduğunu bəyan edib: “Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ – bu, Azərbaycandır və nida işarəsi”.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistanındır, nöqtə” şəklində bəyanat vermişdi.

Tofiq Zülfüqarov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın məlum bəyanatından sonra Azərbaycan cəmiyyəti ona veriləcək cavabı səbirsizliklə gözləyirdi. “Hətta bir qədər narahatlıq yaranmışdı. Lakin prezident İlham Əliyevin bəyanatından sonra bəlli oldu ki, Azərbaycan tərəfi ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır. Hesab edirəm ki, bu çox vacib və vaxtında verilən bəyanatdır”, - deyə keçmiş XİN rəhbəri bildirib.

Tofiq Zülfüqarov bəyanatın Soçidə verilməsinə də diqqət çəkib: “Bu cür bəyanatların hansı auditoriya qarşısında verilməsi vacib amillərdən biridir. Məhz Rusiya prezidenti Vladimir Putinin qarşısında, onunla danışıqlardan sonra belə bir bəyanatın verilməsi Paşinyana və Ermənistana ciddi cavabdır”.

Bəyanatın Qarabağla bağlı aparılan danışıqlara təsirinə gəlincə, Tofiq Zülfüqarov deyib ki, Azərbaycan prezidentinin və Ermənistanın baş nazirinin bəyanatlarından sonra real danışıqlar üçün yer qalmayıb. “Nə Paşinyan mövqeyindən geri çəkiləcək, nə də ki, Azərbaycan prezidenti. Beləliklə, onların bəyanatlarını üst-üstə qoyanda görürük ki, real danışıqlara yer qalmayıb.

Bəzən Ermənistanın mövqeyindən geri çəkildiyini deyirlər. Lakin mən bununla razı deyiləm. Ən azı ona görə ki, Paşinyan öz bəyanatından imtina etməyib.

Bununla belə, istisna deyil ki, Rusiyanın xarici işlə naziri Sergey Lavrov və ermənispərəst qüvvələr danışıqlar görüntüsü yarada bilər. Təbii ki, biz də bunu lazımi şəkildə qəbul etməliyik.

Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Əslində, Paşinyanın bəyanatı bir tərəfdən müsbətdir ona görə ki, baş nazir bununla Ermənistanın Qarabağla bağlı real siyasətini nümayiş etdirib. Bu bəyanatı eşidəndən sonra “qondarma rejim”, “separatçı rejim” sözlərindən uzaq durmaq lazımdır. Burada separatçılıqdan yox, bir dövlətin başqa bir ölkənin ərazi bütövlüyünü pozaraq onun torpaqlarını öz ərazisinə birləşdirmək cəhdindən söhbət gedir. Yəni, Ermənistan birmənalı olaraq irredentizm siyasəti yürüdür. Azərbaycan prezidentinin bəyanatı isə bunun heç bir halda baş verməyəcəyinə işarədir”.(yeni sabah)

Yenisabah.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar