Bakı şəhərinin Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində sökülməkdə olan tikilinin ərazisində 30 m² sahədə taxta tullantıları yanıb...
Bu barədə PİA.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Bakıda güclü yanğın başlayıb.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Yanğın Binəqədi rayonunda, Şövkət Məmmədova küçəsində baş verib.
Yanğının səbəbi hələlik məlum deyil.
pia.az