Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən çox sərxoş şəxslər bu rayonlardadır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata əsasən, dünyada spirtli içkilərin zərərli təsirindən ildə təqribən 2,5 milyon insan ölür...

Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25 faizi alkoqol istifadəsi ilə əlaqədardır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) spirtli içkilərə həddən artıq aludəçiliyin 200-dən çox xəstəliyin yaranmasına şərait yaratdığını açıqlayıb. Ürək-damar xəstəliklərinin 25 faizi alkoqolizmdən yaranır.

Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin Baş həkimi Azər Maqsudov Oxu.Az-a açıqlamasında bildirib ki, mərkəzə spirtli içki zəhərlənməsi ilə bağlı olaraq il ərzində 45-60 şəxs müraciət edir:

“Müraciət edənlər, əsasən, gənclərdir. Belə ki, 25-35 yaş arası şəxslər üstünlük təşkil edir. Xanımlar daha çox sərxoşluqla bağlı müraciət edir. Müraciətlər daha çox gecələr sərxoşluqla əlaqədar olur. Vəziyyətləri elə də ağır olmur. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılırlar. Adətən, sərxoş şəxslər Səbail, Nərimanov və Nəsimi rayonlarında yerləşən ərazilərdən gətirilir”.

Baş həkim müraciət edənlər arasında xarici vətəndaşların da olduğunu əlavə edib:

“Ərəblər və digər ölkələrdən gələn şəxslərin müraciəti çox az olur. Onlar, əsasən, sərxoşluqla bağlı gətirilir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar