Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin “Qarabağ - Azərbaycanındır və nida işarəsi” bəyanatının pərdəarxası sirrləri...

Prezident İlham Əliyev “Qarabağ - Azərbaycanındır və nida işarəsi”, bəyanatını məhz Rusiyada, Putinin iştirak etdiyi forumda səsləndirməsi hansı anlama gəlir?..

Politoloq: “Bu gün Azərbaycan Ermənistan rəhbərliyi ilə Qarabağ probleminin həlli ilə bağlı danışıqları dayandırmalıdır. Bunu Azərbaycan ən yüksək tribunadan səsləndirməli və bu yöndə bəyanat verməlidir”.

“Bu fikrin Rusiyanın bir şəhərində, Rusiya prezidentinin önündə deyilməsi çox vacib amil sayılmalıdır. Çünki Dağlıq Qarabağ probleminin yaradıcısı və bu gün idarəedicisi də məhz Rusiya dövlətidir”.

Bu sözləri Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri prezident İlham Əliyevin “Qarabağ - Azərbaycandır və nida işarəsi” bəyanatını PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev Soçi keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub. “Ölkə başçısı Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına cavab verib.

Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki: “Son vaxtlar Ermənistanın Baş Naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan, ErmənistanDağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlamı mövcud deyil. Dağlıq Qarabağın əhalisi var ki, onlar da münaqişəyə qədər bərabər hüquqlara malik AzərbaycanErmənistan əhalisindən ibarət olub. Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur.

Ermənistanın Azərbaycan qarşı hərbi aqressiyası bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən münaqişə zonasından uzaqda olan Qazaxın dinc sakini vurulub. Həmçinin, deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı qız uşağı daxil olmaqla Azərbaycanın altı dinc sakini öldürülüb.

Mən Ermənistan Baş Nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Qarabağ - Azərbaycandır və nida işarəsi”.

Prezidentin Qarabağla bağlı səsləndirdiyi qəti fikirləri necə dəyərləndirmək olar və prezident İlham Əliyev “Qarabağ - Azərbaycanındır və nida işarəsi”, bəyanatını məhz Rusiyada, Putinin iştirak etdiyi forumda səsləndirməsi hansı anlama gəlir?

Xatırladaq ki, iki ay bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistanındır” bəyanatın vermişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Prezident Vladimir Putinin Paşinyanla görüşündən sonra Azərbaycan prezidentinin Soçiyə yola düşdüyü vaxta Paşinyanın bəyanatına cavab verdi və bu fikirlə razı olmadıqlarını bildirdi. Lavrovun Paşinyana cavabının məhz bu vaxtlara təsadüf etməsi hansı məqsəd daşıyır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “İlham Əliyevin “Qarabağ Azərbaycanındır” və bunun alternativi yoxdur, yəni “nida” işarəsi əslində prezidentin fikrinə alternativin olmadığını ortaya qoyur. Ayrıca bu fikrin əksini düşünənlərə də mesaj verildi ki, sülh danışıqlarının əksi təbii ki, hərbi əməliyyatlar olacaq”.

Bu gün Azərbaycanın Ermənistan rəhbərliyi ilə Qarabağ probleminin həlli ilə bağlı danışıqları dayandırmalı olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, bunu Azərbaycan ən yüksək tribunadan səsləndirməli və bu yöndə bəyanat verməlidir. Azərbaycan həm qlobal, həm də regional güclərlə də çox ciddi diplomatik danışıqalar aparmaqla paralel olaraq həm də hərbi əməliyyatlara başlamaq üçün ciddi hazırlıqlara başlamalıdır:

“Düşünürəm ki, bu çıxışın Rusiya şəhərində və Rusiya prezidentinin önündə edilməsi çox əhəmiyyətlidir. Çünki bu sadəcə olaraq bir bəyanat deyil, bəyanatdan daha irəli gedən bir açıqlamadır. Çünki “nida” işarəsi bir məsələnin geriyə dönməz olduğunu, yəni mütləq olduğunu bilavasitə ortaya qoyar. Ayrıca “Qarabağ Azərbaycanındır” cümləsi və “nida” birbaşa Ermənistanın baş naziri Paşinyana olan kəskin cavabdır.

Bildiyimiz kimi Paşinyan Qarabağda və Ermənistanda mitinqdə çıxışı zamanı iki dəfə “Qarabağ Ermənistanındır” deyə fikir bildirmişdi. Doğrudur bu fikrə uyğun olaraq müxtəlif dəyərləndirmələr oldu. Amma hər bil halda bir məsələni diqqətdən qaçırmaq lazım deyil ki, “Qarabağ Ermənistanındır” cümləsi yanlış olduğu qədər, həm də hüquqlar üstü olan beynəlxalq hüququ tüpüməkdir. Çünki Qarabağ həm Birləşmiş Millətlər Təşkilatı, həm də bütün dünya dövlətləri tərəfindən Azərbaycanın ərazisi olaraq tanınır. Həmçinin də Qarabağın Ermənistana birləşdirilməsi faktı ortada yoxdur.

Hətta bu gün Paşinyanın rəqibləri olan Qarabağ klanı dövründə, yəni Sərkisyan və Köçəryan dönəmində belə “Qarabağ Ermənistanınıdr” deyə belə bir fikir işlədilməyib. Bu fikir ona görə səsləndirilməyib ki, bu həm beynəlxalq hüquqa, həm də Minsk Qrupunun Həmsədrlərinin fəaliyyətinə zidd olan bir fikirdir. Buna görə də belə bir fikrin ortaya çıxması Azərbaycanda alternativ olaraq bundan sonra Ermənistanla sülh danışıqlarını davam etdirməyə bir zərurət varmı sualını ortaya çıxarır. Həmçinin bu həm də hərbi əməliyyatların başlanması fikrini ortaya atdı ki, bu Azərbaycanda siyasətşünasların əksəriyyəti də eyni fikirdədir. Yəni hərbi əməliyyatların başlanmasını dəstəkləyən çıxışlar edilir.

Natiq Miri: ““Qarabağ Ermənistanındır” cümləsi yanlış olduğu qədər, həm də hüquqlar üstü olan beynəlxalq hüququ tüpüməkdir”.

Bu baxımdan düşünürəm ki, prezident İlham Əliyevin “Qarabağ Azərbaycanındır” və bunun alternativi yoxdur, yəni “nida” işarəsi əslində prezidentin fikrinə alternativin olmadığını ortaya qoyur. Ayrıca bu fikrin əksini düşünənlərə də mesaj verildi ki, sülh danışıqlarının əksi təbii ki, hərbi əməliyyatlar olacaq.

Hesab edirəm ki, bu fikrin Rusiyanın bir şəhərində, Rusiya prezidentinin önündə deyilməsi çox vacib amil sayılmalıdır. Çünki Dağlıq Qarabağ probleminin yaradıcısı və bu gün idarəedicisi də məhz Rusiya dövlətidir. Bu gün Rusiya rəhbərliyi nə qədər yalan danışsa belə, onlar Dağlıq Qarabağ probleminin həllində maraqlı deyillər.

Həmçinin Dağlıq Qarabağ problemi bu gün Rusiyanın xarici siyasətində prioritet təşkil etmir. Buna görə də Rusiya Xarici İşlər Nazirliyinin bütün yalançı açıqlamalarına rəğmən hər kəsə bəllidir ki, Rusiya Dağlıq Qarabağ problemini həll etmək istəmir.

Əslində isə bu problemi həm Azərbaycana, həm də Ermənsitana bir təzyiq mexanizmi olaraq düşünür. Bu baxımdan düşünürəm ki, prezident İlham Əliyevin bu açıqlamanı Soçidə “Valday” Klubunda səsləndirməsi çox önəmlidir. Amma onu da qeyd edim ki, prezidentin bəyanatı nə qədər önəmli olmuş olsa belə, bu bəyatan yetərli deyil. Prezidentin bəyanatından doğan nəticələr ortada olmasa, bu bəyanat sadəcə söz olaraq qalacaq.

Natiq Miri: “Rusiya Xarici İşlər Nazirliyinin bütün yalançı açıqlamalarına rəğmən hər kəsə bəllidir ki, Rusiya Dağlıq Qarabağ problemini həll etmək istəmir”.

Söhbət ondan gedir ki, bu gün Azərbaycan Ermənistan rəhbərliyi ilə Qarabağ probleminin həlli ilə bağlı danışıqları dayandırmalıdır. Bunu Azərbaycan ən yüksək tribunadan səsləndirməli və bu yöndə bəyanat verməlidir. Azərbaycan həm qlobal, həm də regional güclərlə də çox ciddi diplomatik danışıqalar aparmaqla paralel olaraq həm də hərbi əməliyyatlara başlamaq üçün ciddi hazırlıqlara başlamalıdır.

Günün birində təbii ki, zaman bəlli edilmədən Azərbaycan hərbi əməliyyatlara başlamalıdır. Yalnız bundan sonra “Qarabağ Azərbaycanındır” fikrinin nəticəsi olacaq. Bu halda da “Qarabağ Azərbaycanındır” ifadəsi sadəcə olaraq söz kimi qəbul edilməyəcək.

Əks halda bu sözlər havadan asılı vəziyyətdə qalacaq ki, bundan sonra da bu yöndə verilmiş sözlərə, deyilmiş fikrlərə qarşı tərəf çox mənfi münasibət bildirəcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar