Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həyata keçirilən islahatlar buna xidmət edəcək - Baş Prokuror

"Son illər ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, vəkillik institutunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb"...

PİA.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş Prokuror Zakir Qaralov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində "Güclü və nüfuzlu vəkillik - müasir dövrün çağırışları" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Z.Qaralov bildirib ki, ölkəmizin davamlı tərəqqisini təmin etmək üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafına, yeni mərhələnin başlanmasına şərait yaradıb: "Həyata keçirilən mütərəqqi islahatlar vəkillik institutunun işinin müasir dövrün tələbləri və beynəlxalq standartlara uyğun təşkil edilməsinə, vətəndaşlara daha keyfiyyətli hüquqi yardım göstərilməsinə xidmət edəcək".

Baş Prokuror bildirib ki, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi üçün dövlət qayğısına ehtiyacı olan, sosial cəhətdən əhalinin həssas qrupuna, aztəminatlı ailələrə və digər şəxslərə Vəkillər Kollegiyası tərəfindən hüquqi yardımın göstərilməsi ilə bağlı fəaliyyətin genişləndirilməsi dövlətin sosial yönümlü siyasətinə dəstək verəcək.

pia.az


Etiket: Zakir Qaralov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar